Təfəkkür inqilabından bəri Sapiens belə bir ikili reallıqla yaşamaqdadır. Bir tərəfdə çayların, şirlərin və ağacların obyektiv reallığı, digər tərəfdə isə, tanrıların, millətlərin və şirkətlərin xəyali reallığı. Vaxt ötdükcə, xəyali reallıq daha da gücləndi; belə ki, bu gün çayların, şirlərin və ağacların yaşaması xəyali varlıqlar olan tanrılar, millətlər və şirkətlərin insafından asılıdır.