Məşhur Bronte bacılarından biri olan Anne Bronteden oxuduğum ilk əsər.
Kitab Wildfell köşkünə yeni köçən dul qadın və ona olan münasibəti təsvir edir. Əsərin baş qəhrəmanı bu xanıma aşiq olur, lakin bir müddət sonra köşkün sahibi ilə kirayəçi xanım arasında gizli bir münasibət olması söhbəti bütün qəsəbəyə yayılır. Sevgilisi bu yalana inanmışkən xanım bütün həyatını yazdığı gündəliyini oxuması üçün ona verir və bu nöqtədən sonra əsəri xanımın gözündən oxuyuruq.
Xüsusi bir təsir bağışlamadı mənə, bəlkə də tərcümə ilə əlaqədar olaraq. Həmin dövrün alışdığımız yazı üslubunu daşıyan hər hansı bir klassik əsər deyə bilərəm.