Saturnun Tövbəsi

Çingiz Abdullayev

Saturnun Tövbəsi Sözleri ve Alıntıları

Saturnun Tövbəsi sözleri ve alıntılarını, Saturnun Tövbəsi kitap alıntılarını, Saturnun Tövbəsi en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Uşaqların öz ana dillərini necə tez unutmaları adamı heyrətə gətirir. Yəqin insan üçün ən əsas amal - məskunlaşdığı ətraf mühitdir. Koloniyaya düşən adam oğru jarqonunu tez götürür, dənizə düşmüş isə o sahənin terminologiyasına bələd olur. Uzun sözün qısası, insan - şəraitə uyğunlaşan varlıqdır.
Amerika ancaq və ancaq çoxdan məhv edilmiş hinduların vətəni olub. Yerdə qalanlar üçünsə Amerika yalnız xilas məkanıdır - o məkan ki, ora qaçmaq olar, o məkan ki, orada müstəqil yaşamaq olar və o məkan ki, orada Amerika səni qorumağa borclu olar.
Reklam
Təəccüblə əllərimə baxıb görürəm ki, onların hər ikisi eyni tərzdə dartınıb titrəyir. Sonradan bunu lətifə kimi dostlarıma danışmaq olar - axı sol qolum artıq neçə illərdir ki, heç yerli-dibli mövcud deyil.
..bir qədər Allaha iman gətirən, amma daha çox Dollara inanan. Dönüb amerikalılar kimi adam olmuşam.
Sayfa 143Kitabı okudu
Mən həmişə Tanrıya inanan insanlara həsəd aparmışam. Güman ki, dünyada yaşamaq onlara asandır, nəinki mənə.
Bizim gönlümüz zengin olsun ;)
Biz həmişə pula aşağı gözlə, ikrahla baxmışıq. Bizim üçün əhəmiyyət kəsb edən pafos, entuziazm, ideologiya olub. Qoy iş aşağı maaşlı olsun, əvəzində maraqlıdır. Qoy əldən-ayaqdan uzaq məkana və ya tayqaya göndərsinlər, təki canlı iş olsun.
Sayfa 142Kitabı okudu
Reklam
21 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.