Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Şəbi-Hicran

Əlabbas

Yorumlar ve İncelemeler

Tümünü Gör
208 syf.
7/10 puan verdi
·
3 günde okudu
Kitabın tərkibi "İkinci Oğul" adlı 1 povest; "Qul", "Gəlin", "Arvanada Dəfn", "Ovçu", "Şəbi-Hicran", "Yük" adlı 6 hekayə; "Qonaq Ehtiyatı", "Yanaşı Masalar", "Qonşu", "Əclaf" adlı 4 kiçik hekayədən ibarətdir. Daha çox diqqətimi cəlb edən hekayələr "Arvanada Dəfn", "Yük", "Qonaq Ehtiyatı" oldu. "Arvanada Dəfn" hekayəsi ehtiyac yarandığı təqdirdə bir qadının nələrə qadir ola biləcəyinin bir daha aşkar sübutu olaraq qiymətləndirilə bilər. "Yük" hekayəsi bambaşqa hisslər yaşatdı, doğrusu. Bu hissədə övladı düşmən əsarətində olan bir ananın onu xilas etmək üçün necə çırpındığı, qatlandığı əziyyətlər çox gözəl təsvir olunub. Ananın bir dişi qurda bənzədilməsi də qeyd etməli olduğum başqa bir məqamdır. "Qonaq Ehtiyatı" isə daha çox əyləncəli, kiçik bir hekayə idi. Azyaşlı uşaqların duyğularının, düşüncələrinin təsviri isə xoş hisslər yaşatdı bir daha. Mən olsam, adını "Qarpız Əhvalatı" falan qoyardım, bəlkə :D Kitabda yer almış hekayələr arasından ən çox əyləncəli anlar yaşadığım hekayənin olduğunu bildirməliyəm. Son olaraq, söyləməliyəm ki, kitabı oxumamaqla heç bir şey itirməyəcəyiniz təqdirdə, oxusanız, maraqlı hadisələrə və hekayələrə şahid olmuş, xoş anlar yaşamış olacaqsınız. Kitab mənə çox-çox mükəmməl təsir bağışladı, çox böyük qatqısı oldu, deyə bilmərəm. Lakin qeyd etdiyim kimi, yeri gəlincə xoş anlar yaşatdı. Kitabla və sevgi ilə qalın
Şəbi-Hicran
Şəbi-HicranƏlabbas · Xan Nəşriyattı · 20173 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.