Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Eserleri

Mikayıl Müşfiq

Sözler ve Alıntılar

Tümünü Gör
Rəssam, sevgilimin rəsmini gəl çək, Sevgilim gözəldir, sən də gözəl çək. Nazına çatanda fırçadan əl çək, Qoy onun nazını mən özüm çəkim... Çək onun qaradan qara telini, Çək, Rəssam çək onun incə belini. Gözünə çatanda saxla əlini, Can alan gözünü mən özüm çəkim...
Nə arzu eyləsən, könlümdə vardır, Eşqimin səhəri bir ilk bahardır. Ona könül verən nə bəxtiyardır, Fikrim-hissim təzə gülşən kimidir. Müşfiqin ürəyi yarpaqdan incə, Titrəyir bir xəfif ruzgar əsincə, Məşuqun ayağı haraya dəysə, Orası aşiqə vətən kimidir.
Reklam
Yelkənsiz bir gəmi - ruhsuz bir cəsəd. Budur azadlığa yabançı millət!
Sayfa 10
Sən məndən uzaqsan, mən səndən uzaq, Uzaqdır sеvimli gözlərin mənə. Yaхındır tеlеfon sayəsində baх, Ürəкdən saçılan sözlərin mənə. Nеçin ruhlanmasın bu yеni şair, Çapar gözləməyir canan еlindən, Çılğın arzuları еşqinə dair Mərhəmət ummayır səba yеlindən. Əvət, böylə qalmaz yarın bu ölкə, Tеlfonda fiкrimi açarкən sənə, Həsrətlə baхdığım üzün də bəlкə Uzaqdan uzağa görünər mənə. Məhəbbətin dərin, хəyalın dərin, Nə çıхar sözlərə кönlümü vеrsəm?! Əslinə varmaqçın bu söhbətlərin, Nolur gözlərini tеlfonda görsəm?! Məni inandırmaz yoхsa bu sözlər, Az iş gəlməmişdir qərib başıma. İstərəm ürəyin aynası gözlər Açıb həqiqəti qoysun qarşıma. Əvət, böylə qalmaz yarın bu ölкə, Tеlfonda fiкrimi açarкən sənə, Həsrətlə baхdığım üzün də bəlкə Uzaqdan-uzağa görünər mənə.
Sayfa 45 - PdfKitabı okudu
Qəlbimin buludlu səmalarında Titrəyən bir qərib ulduzdur еşqim!
Sayfa 49 - PdfKitabı okudu
Sevgilər Sevgi vardır ki, dodaqlarda açar güllərini, Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir. Sevgi vardır oxudur qəlbidə bülbüllərini, Böylə bir sevgi mənim ruhumu oxşar kimidir. Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür, Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu. Sevgi vardır ki, düşər yerlərə daim sürünür, Öylə bir sevgi də min dürlü xəyanətlə dolu. Sevgi vardır ki, bahardan bizə güllər gətirir İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar. Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar. Sevgi vardır bizə çox dadlı əməllər gətirir, Fəqət həpsində qaranlıq gecələr kölgəsi var. Sevgilərdə qarışıq bilməcələr kölgəsi var…
Reklam
Yaşa könül!
Ah, bu uzun sevda yolu Vurulurmu başa, könül! Nişan aldım, kaman atdım, Dəydi oxum daşa, könül! Bir od düşdü buluduna, Yandı könül eşq oduna, Qaldın hicran umuduna, Ey qırılan şişə könül! Tərlansan, göydən enməzsən, Bu torpaqda sevinməzsən, Mən dönərəm, sən dönməzsən, Yaşa, könül, yaşa, könül!
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.