Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri

Əliağa Vahid

Seçilmiş Əsərləri Gönderileri

Seçilmiş Əsərləri kitaplarını, Seçilmiş Əsərləri sözleri ve alıntılarını, Seçilmiş Əsərləri yazarlarını, Seçilmiş Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Tale mənə yar olmasa, mən neyləyə billəm? Zövqümcə nigar olmasa, mən neyləyə billəm? Bir ahu baxışlı gözələ çoxdan əsirəm, Ahimlə şikar olmasa, mən neyləyə billəm? Mərdliklə, sədaqətlə gözəl dost yolunda, Bir can ki, nisar olmasa, mən neyləyə billəm? Yüz il yaşayıb, bircə gün ömrümdə fələkdən Kamimcə mədar olmasa, mən neyləyə billəm? Mən bir gül üçün yalvarıram xarə həmişə, Güldən o kənar olmasa, mən neyləyə billəm? Məhparələrin cövrünü çəkməkliyə, Vahid, Könlümdə qərar olmasa, mən neyləyə billəm?
Sayfa 135
Nə dərd olursa, qələtdir, deyillər, çarəsi var, Əlacı olmaz o şəxsin ki, dildə yarəsi var. Fəğanü naləmi, ey məh, yetirmə əflakə Ki, yandırar səni, bu atəşin şərarəsi var. Fəğani-aşiqi, ey gül, düşünmə bihudə Ki, eşq gülşəninin mən kimi həzarəsi var. Bu qədr gəl məni ağlatma, rəhm qıl, cana, Gecə-gündüz gözümün qanlı bir fəvvarəsi var. Bu günə qanımı tökməzdi tiri-müjganın, Bu işdə qaşlarının, çox güman, işarəsi var. Münəvvər eyləyən afaqı ahım atəşidir, Bu çərxi-kəcrǝvişin sanma kim, sitarəsi var. Bu eşq bəhrinə, Vahid, o növi qərqəm ki, Nə bir nicatə ümidim, nə bir kənarəsi var.
Sayfa 247
Reklam
Könlüm quşu, ey gül, səni şamü səhər istər, Bülbül necə gülşəndə gülü tazə-tər istər. Aşüftə qılıb könlümü zülfün kimi, getdin, Məşuqə məgər aşiqini xuni-cigər istər? Dur mahə bərabər, götür ol zülfünü üzdən, Rüxsarımı görməkliyi şəmsü qəmər istər. Ver izn, doyunca öpüm, ol ləli-ləbindən, Könlüm quşu tuti kimi şəbdü şəkər istər. Eşq atəşinə dözmədi Məcnun da mənimtək, Bu mǝrǝkeyi-eşq, həqiqət, hünər istər! Uymazdım onun eşqinə, bilsəydim əzəldən, Biganələri məndən o gül bixəbər istər. Gözlə, bu gözəl şerləri, Vahid, itirmə, Səndən gələcək nəsl gözəl bir əsər istər.
Sayfa 263
Hər aşiqə öz istədiyi yarı gözəldir, Hər bülbülə öz sevdiyi gülzarı gözəldir. İlqarı gözəl olmayanı istəməz aşiq, Can ver elə cananə ki, ilqarı gözəldir. Mən bir uca boylu gözəlin zülfünə bəndəm, Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir. Yüzlərcə gözəl başqa vilayətdə də çoxdur, Amma bizim ölkə bütün - elcarı gözəldir. Yar olsa mənimlə, mənə biganə nə eylər? Uçmaz elə bir xanə ki, memarı gözəldir.
Dedim: - Ey qönçədəhan, könlümü qan eyləmisən, Dedi: - Bica yerə eşqimdə fəğan eyləmisən! Dedim: - İnsaf elə, incitmə məni, aşiqinəm, Dedi: - Get, sirrimi dünyaya əyan eyləmisən! Dedim: - Ağlatma məni sərv boyun şövqində, Dedi: - Göz yaşını bihudə rəvan eyləmisən. Dedim: - Axır, gözəlim, baği-baharım sənsən, Dedi: - Sən ömrünü həsrətlə xəzan eyləmisən. Dedim: - Az çəkməmişəm gözlərinin həsrətini, Dedi: - Öz könlünü yersiz nigəran eyləmisən. Dedim: - Eşqində əsirəm, mənə bəs xeyri nədir? Dedi: - Əvvəldən bu sevdadə ziyan eyləmisən. Dedim: - Eşq atəşi neylər mənə, qorxan deyiləm! Dedi: - Biçarə, yanarsan, nə güman eyləmisən?! Dedim: - Ey gül, mən əzəldən də gözəl aşiqiyəm, Dedi: - Sən ruhini eşq ilə cavan eyləmisən. Dedim: - Hər gün səri-kuyində dolanmaqdır işim, Dedi: - Vahid, nə gözəl yerdə məkan eyləmisən!
Sən zülfünü aç, tök üzünə, şanəsi məndən, Zənciri nişan ver mənə, divanəsi məndən. Sən aşiqi yandırmağa, mən yanmağa mail, Sən şəmini göstər mənə, pərvanəsi məndən.
Reklam
O qarə zülfün əlindən bəlalıdır könlüm, Batıb qəmə, elə bil ki, əzalıdır könlüm. Bu eşq aləminin bilmirəm nədir sirri, Əsiri-eşq olalı laübalıdır könlüm. Görəndə sevgilisin qönçə gül kimi qızarır, Ədəbli bir qıza bənzər, həyalıdır könlüm. Ölüncə çəkməz əlin nazənin nigarından, Rəqibə hərgiz inanmaz, vəfalıdır könlüm. Fələk o zülmü mənə etməyib, rəqib etdi, Yazılsa dərdü qəmim, macəralıdır könlüm. Şikəstə ney kimi yarından ayrılan gündən, Nəvayə həmdəm olub, san yaralıdır könlüm. Mənim də dərdimi, Vahid, deməzsən ol şuxə, Deyəndə qanə dönər, iddialıdır könlüm.
Sayfa 170
deme mecnuna deli belki de leyla delidir, aşk olan yerde bütün akil-ü dânâ delidir.
128 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.