Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Seçilmiş Əsərləri

Əliağa Vahid

Seçilmiş Əsərləri Gönderileri

Seçilmiş Əsərləri kitaplarını, Seçilmiş Əsərləri sözleri ve alıntılarını, Seçilmiş Əsərləri yazarlarını, Seçilmiş Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bir sən kimi vəfasız olan yarə neyləyim, Canan ki verdi könlünü əğyarə, neyləyim?! Bülbül təki yolunda sənin mübtəla mənəm, Bir gül ki həmdəm ola xarə, neyləyim?! Eşqində daima bu bəlalər çəkən könül İndisə tapmayır özünə çarə, neyləyim?! Eşq atəşinə yanmışam, imdadə gəlmədin, Pərvanə vurmasın özünü narə, neyləyim?! Məcnun edən məni yarın cəmalıdır, Eşq aləmində oldu günüm qarə, neyləyim?! Vahid, məhəbbətin bu qədər ki, bəlası var, Yoxdur deyən dərdimi dildarə, neyləyim?!
Sayfa 159
Zülüflerin midir güzelim gönlümü tarumar eden Yoksa gönlüm ezelden beri mi tarumar imiş Canan yolunda inleyerek geçti günlerim Aşk ehlinin nasibi bütün ahuzar imiş Oldum esiri bir güzelin, şimdi bilmişim Mecnun bir cemal için vatanından kanar imiş
Reklam
Mən bilməmişdim, istədiyim qeyrə yar imiş, Əvvəl vəfalı, axırı bietibar imiş! Canan yolunda nalə ilə keçdi günlərim, Eşq əhlinin nəsibi bütün ahü zar imiş! Zülfünmü könlümü, gözəlim, tarimar edən, Ya ki könül əzəldən elə tarimar imiş! Ahu baxışlı gözlərinin mübtəlasiyəm, Könlüm kəməndi-zülf ilə çoxdan şikar imiş! Oldum əsiri bir gözəlin, indi bilmişəm, Məcnun nə vəchdən vətənindən kənar imiş! Fərhadə tənə eyləyəni səngisar edin, Bax Bisütuna, eşqə o da yadigar imiş! Vahid, olur ki, sevgi fəlakət də törədir, Zənnimcə, eşqə mail olan bəxtiyar imiş!
Sayfa 302
Tapşır, ey gül, zülfünə daim pərişan olmasın, Aşiqin bülbülsifət hicrində nalan olmasın. Bir kənar eylə üzündən, aşikar olsun üzün, Gizlənib ruyin o zülfün içrə, pünhan olmasın. Qətlimə fərman verib əbrulərin, müjganların, Sineyi-suzanimə dəysin, peşiman olmasın. Cümlə dəysin sinəmə, ox ilə parə eyləsin, Yüz müalic eyləsə, tədbiri-dərman olmasın. Cənnəti, hurini vəsf eylər mənə zahid, gərək Cənnəti-əladə bir sən kimi qılman olmasın. Seyyidi Zərgər idi, Vahid, cahanda mürşüdün, Cəhd qıl, bir nöqtə bu şerində nöqsan olmasın.
Sayfa 221
Səninlə mən, gözəlim, aşinalıq eyləmişəm, Səni vəfalı bilib, canfədalıq eyləmişəm. Rəqibə həmdəm olub, salmısan məni gözdən, Haçankı gün sənə mən bivəfalıq eylemişəm? Səninlə yar olalı bir zaman üzüm gülməz Ki, bilmirəm sənə nə biədalıq eyləmişəm? Cəfanı tərk elə, məhparələr cəfa eləməz, Nə müddət idi qapında gədalıq eyləmişəm. Günüm qaraldı səri-zülfünün xəyalından, Təəccübəm, sənə nə üzqəralıq eyləmişəm? Kəsib ümidimi, Vahid, mən öz nigarımdan, Səfalı eyşimi axır fənalıq eyləmişəm.
Sayfa 141
Zülm eyləmək eşq əhlinə, cana, nə üçündür? Aşiq ki, verir canını – cananə üçündür. Sevməz o qara zülfünü heç kimsə mənimtək, Zəncirə həvəs eşqdə divanə üçündür. Xəlq olmamısan aşiqi incitməyə, zalım! Bax, gör bü gözəllik sənə, aya, nə üçündür?! Hər aşiqin öz sevdiyi məşuqəsi vardır, Gül bülbül üçün, şəm isə pərvanə üçündür. Bülbül nə bəla çəksə yolunda sənin, ey gül, Qəlbində məhəbbət yenə biganə üçündür. Zahid buraxıb məscidi, meyxanəyə gəlməz, Bayquş yaranandan bəri viranə üçündür. Vahid, məni sərdəftəri-eşq içrə yazıblar, Məcnun sözü dillərdə bir əfsanə üçündür.
Sayfa 298
Reklam
Görsəm, ey gül, ölərəm bir də səni xarilə, Əvvəl öldür məni, get sonra gəz əğyar ilə. Əhd qıldın ki, vəfasızlığı tərk eyləyəsən, Varsan, əhsən sənə öz etdiyin iqrar ilə. Sünbüli-zülfünə çoxdan vurulub badi-səba. Gecə-gündüz keçirir ömrünü gülzar ilə. Tapmamışdır hələ bülbül sənə bənzər bir gül, Bağdən-bağə gəzir dideyi-xunbar ilə. Qamətin sərvi, gözün nərgisi gözdən saldı, Dəhənin qönçəni lal eylədi güftar ilə. Dil gözün fikrinə çox düşdü, xəyal eyləmədi: Rahət olmaz qoşulan məsti-xətakar ilə. Dövlətim, simü zərim olmasa, Vahid, xoşdur, Gənci-təbim doludur gövhəri-əşar ilə.
Sayfa 54 - Lider NəşriyyatKitabı okudu
O qara zülf ki, hərdəm dolaşır şanələrə, Göstərir eşq kəməndin dili-divanələrə. Mehri-rüxsarını məndən kəsib ol mah tamam, Düşdü fürsət yenə bundan belə biganələrə. Yoxsa, ey gül, bu qədər badeyi-nab içməz idim, Şövqi-ləlin məni cəlb eylədi meyxanələrə. Qana dönsün görüm ol badeyi-gülgün sənsiz, Bir də gər rəğbət edəm sağərü peymanələrə. Həsrəti çeşmi-xumarın, ləbi-ləlin həvəsi Göstərir guşeyi-meyxanəni məstanələrə. Şövqi-rüxsarın ilə odlara yanmış könlüm, Öyrədib şəmidə yanmaqlığı pərvanələrə. Cövrün az et mənə, qorxum budu, bir ah çəkim, Bir yanar od düşə başdan-başa kaşanələrə. Vahidəm, şairi-azadpərəstəm, nə qəmim, Qılmasam rəğbət əgər məscidə, bütxanələrə.
Sayfa 73
Ey gül, sənə könlümdə məhəbbət yenə vardır, Əvvəl var idi vəslinə həsrət, yenə vardır. Zülfündən idi sübhə kimi hər gecə söhbət, Hər yerdə, hər işrətdə o söhbət yenə vardır. Çox zalımı məhv etdi, dəyişdirdi təbiət, Səndə, mələyim, vəhşi təbiət yenə vardır. Zülfün, nə qəm, eylərsə könül mülkünü yəğma, Fəth etsə qoşun hər yeri, qarət yenə vardır. Min fitnə yatıb naz ilə ahu baxışında, O məsti-xətadidədə adət yenə vardır? Göstərmə o gül çöhrəni, qoy bilməsin aləm, Hazırda bizim əsrdə cənnət yenə vardır. Vahid, bu qəzəldə sənə Möcüz verib ilham, Sənətkar özü yoxsa da, sənət yenə vardır.
Sayfa 291
Tale mənə yar olmasa, mən neyləyə billəm? Zövqümcə nigar olmasa, mən neyləyə billəm? Bir ahu baxışlı gözələ çoxdan əsirəm, Ahimlə şikar olmasa, mən neyləyə billəm? Mərdliklə, sədaqətlə gözəl dost yolunda, Bir can ki, nisar olmasa, mən neyləyə billəm? Yüz il yaşayıb, bircə gün ömrümdə fələkdən Kamimcə mədar olmasa, mən neyləyə billəm? Mən bir gül üçün yalvarıram xarə həmişə, Güldən o kənar olmasa, mən neyləyə billəm? Məhparələrin cövrünü çəkməkliyə, Vahid, Könlümdə qərar olmasa, mən neyləyə billəm?
Sayfa 135
Reklam
Nə dərd olursa, qələtdir, deyillər, çarəsi var, Əlacı olmaz o şəxsin ki, dildə yarəsi var. Fəğanü naləmi, ey məh, yetirmə əflakə Ki, yandırar səni, bu atəşin şərarəsi var. Fəğani-aşiqi, ey gül, düşünmə bihudə Ki, eşq gülşəninin mən kimi həzarəsi var. Bu qədr gəl məni ağlatma, rəhm qıl, cana, Gecə-gündüz gözümün qanlı bir fəvvarəsi var. Bu günə qanımı tökməzdi tiri-müjganın, Bu işdə qaşlarının, çox güman, işarəsi var. Münəvvər eyləyən afaqı ahım atəşidir, Bu çərxi-kəcrǝvişin sanma kim, sitarəsi var. Bu eşq bəhrinə, Vahid, o növi qərqəm ki, Nə bir nicatə ümidim, nə bir kənarəsi var.
Sayfa 247
Könlüm quşu, ey gül, səni şamü səhər istər, Bülbül necə gülşəndə gülü tazə-tər istər. Aşüftə qılıb könlümü zülfün kimi, getdin, Məşuqə məgər aşiqini xuni-cigər istər? Dur mahə bərabər, götür ol zülfünü üzdən, Rüxsarımı görməkliyi şəmsü qəmər istər. Ver izn, doyunca öpüm, ol ləli-ləbindən, Könlüm quşu tuti kimi şəbdü şəkər istər. Eşq atəşinə dözmədi Məcnun da mənimtək, Bu mǝrǝkeyi-eşq, həqiqət, hünər istər! Uymazdım onun eşqinə, bilsəydim əzəldən, Biganələri məndən o gül bixəbər istər. Gözlə, bu gözəl şerləri, Vahid, itirmə, Səndən gələcək nəsl gözəl bir əsər istər.
Sayfa 263
128 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.