Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri

Əliağa Vahid

Öne Çıkan Seçilmiş Əsərləri Gönderileri

Öne Çıkan Seçilmiş Əsərləri kitaplarını, öne çıkan Seçilmiş Əsərləri sözleri ve alıntılarını, öne çıkan Seçilmiş Əsərləri yazarlarını, öne çıkan Seçilmiş Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bir sən kimi vəfasız olan yarə neyləyim, Canan ki verdi könlünü əğyarə, neyləyim?! Bülbül təki yolunda sənin mübtəla mənəm, Bir gül ki həmdəm ola xarə, neyləyim?! Eşqində daima bu bəlalər çəkən könül İndisə tapmayır özünə çarə, neyləyim?! Eşq atəşinə yanmışam, imdadə gəlmədin, Pərvanə vurmasın özünü narə, neyləyim?! Məcnun edən məni yarın cəmalıdır, Eşq aləmində oldu günüm qarə, neyləyim?! Vahid, məhəbbətin bu qədər ki, bəlası var, Yoxdur deyən dərdimi dildarə, neyləyim?!
Sayfa 159
Mən bilməmişdim, istədiyim qeyrə yar imiş, Əvvəl vəfalı, axırı bietibar imiş! Canan yolunda nalə ilə keçdi günlərim, Eşq əhlinin nəsibi bütün ahü zar imiş! Zülfünmü könlümü, gözəlim, tarimar edən, Ya ki könül əzəldən elə tarimar imiş! Ahu baxışlı gözlərinin mübtəlasiyəm, Könlüm kəməndi-zülf ilə çoxdan şikar imiş! Oldum əsiri bir gözəlin, indi bilmişəm, Məcnun nə vəchdən vətənindən kənar imiş! Fərhadə tənə eyləyəni səngisar edin, Bax Bisütuna, eşqə o da yadigar imiş! Vahid, olur ki, sevgi fəlakət də törədir, Zənnimcə, eşqə mail olan bəxtiyar imiş!
Sayfa 302
Reklam
6/10 puan verdi
Jalə kimi
Qızarmış arizinə tər əcəb gözəl yaraşır, Nə yaxşl görsənir, ey gül, gül üzrə Jalə kimi! Həvayi-eşq ilə guya ki, bir şikəstə neyəm Sızıldar bədənim hər nəfəsdə nalə kimi.
Seçilmiş Əsərləri
Seçilmiş ƏsərləriƏliağa Vahid · Lider Nəşriyyat · 200516 okunma
Səninlə mən, gözəlim, aşinalıq eyləmişəm, Səni vəfalı bilib, canfədalıq eyləmişəm. Rəqibə həmdəm olub, salmısan məni gözdən, Haçankı gün sənə mən bivəfalıq eylemişəm? Səninlə yar olalı bir zaman üzüm gülməz Ki, bilmirəm sənə nə biədalıq eyləmişəm? Cəfanı tərk elə, məhparələr cəfa eləməz, Nə müddət idi qapında gədalıq eyləmişəm. Günüm qaraldı səri-zülfünün xəyalından, Təəccübəm, sənə nə üzqəralıq eyləmişəm? Kəsib ümidimi, Vahid, mən öz nigarımdan, Səfalı eyşimi axır fənalıq eyləmişəm.
Sayfa 141
Eşq əhlinin, artar gözəlim, dərdi, məlalı, Əğyar ilə öz sevdiyi cananı görəndə.
Könlüm quşu, ey gül, səni şamü səhər istər, Bülbül necə gülşəndə gülü tazə-tər istər. Aşüftə qılıb könlümü zülfün kimi, getdin, Məşuqə məgər aşiqini xuni-cigər istər? Dur mahə bərabər, götür ol zülfünü üzdən, Rüxsarımı görməkliyi şəmsü qəmər istər. Ver izn, doyunca öpüm, ol ləli-ləbindən, Könlüm quşu tuti kimi şəbdü şəkər istər. Eşq atəşinə dözmədi Məcnun da mənimtək, Bu mǝrǝkeyi-eşq, həqiqət, hünər istər! Uymazdım onun eşqinə, bilsəydim əzəldən, Biganələri məndən o gül bixəbər istər. Gözlə, bu gözəl şerləri, Vahid, itirmə, Səndən gələcək nəsl gözəl bir əsər istər.
Sayfa 263
Reklam
Görsəm, ey gül, ölərəm bir də səni xarilə, Əvvəl öldür məni, get sonra gəz əğyar ilə. Əhd qıldın ki, vəfasızlığı tərk eyləyəsən, Varsan, əhsən sənə öz etdiyin iqrar ilə. Sünbüli-zülfünə çoxdan vurulub badi-səba. Gecə-gündüz keçirir ömrünü gülzar ilə. Tapmamışdır hələ bülbül sənə bənzər bir gül, Bağdən-bağə gəzir dideyi-xunbar ilə. Qamətin sərvi, gözün nərgisi gözdən saldı, Dəhənin qönçəni lal eylədi güftar ilə. Dil gözün fikrinə çox düşdü, xəyal eyləmədi: Rahət olmaz qoşulan məsti-xətakar ilə. Dövlətim, simü zərim olmasa, Vahid, xoşdur, Gənci-təbim doludur gövhəri-əşar ilə.
Sayfa 54 - Lider NəşriyyatKitabı okudu
Zülm eyləmək eşq əhlinə, cana, nə üçündür? Aşiq ki, verir canını – cananə üçündür. Sevməz o qara zülfünü heç kimsə mənimtək, Zəncirə həvəs eşqdə divanə üçündür. Xəlq olmamısan aşiqi incitməyə, zalım! Bax, gör bü gözəllik sənə, aya, nə üçündür?! Hər aşiqin öz sevdiyi məşuqəsi vardır, Gül bülbül üçün, şəm isə pərvanə üçündür. Bülbül nə bəla çəksə yolunda sənin, ey gül, Qəlbində məhəbbət yenə biganə üçündür. Zahid buraxıb məscidi, meyxanəyə gəlməz, Bayquş yaranandan bəri viranə üçündür. Vahid, məni sərdəftəri-eşq içrə yazıblar, Məcnun sözü dillərdə bir əfsanə üçündür.
Sayfa 298
Tale mənə yar olmasa, mən neyləyə billəm? Zövqümcə nigar olmasa, mən neyləyə billəm? Bir ahu baxışlı gözələ çoxdan əsirəm, Ahimlə şikar olmasa, mən neyləyə billəm? Mərdliklə, sədaqətlə gözəl dost yolunda, Bir can ki, nisar olmasa, mən neyləyə billəm? Yüz il yaşayıb, bircə gün ömrümdə fələkdən Kamimcə mədar olmasa, mən neyləyə billəm? Mən bir gül üçün yalvarıram xarə həmişə, Güldən o kənar olmasa, mən neyləyə billəm? Məhparələrin cövrünü çəkməkliyə, Vahid, Könlümdə qərar olmasa, mən neyləyə billəm?
Sayfa 135
Dindir məni hərdən, gözəlim, fürsət olanda, Vəslin bizə bir an, nə olar, qismət olanda? Bax gör, məni zülfün nə pərişanlığa saldı, Bir gün açaram dərdimi cəmiyyət olanda. Yüzlərcə cəfa etsən, unutmaz səni könlüm, Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda. Biganə əgər olmasa, tez vəslə yetərdik, Kim xeyr görüb düşməni kəmfürsət olanda? Zülfün ki, tutub ruyini, çox qorxuram ondan, Aləm toxunar bir-birinə zülmət olanda. Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun, Bülbül dayanarmı gülünə həsrət olanda? Vahid, hələ qarşında böyük bir gələcək var, Dünya bizə ləzzət verəcək cənnət olanda!
128 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.