Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri

Fyodor Dostoyevski

Seçilmiş Əsərləri Gönderileri

Seçilmiş Əsərləri kitaplarını, Seçilmiş Əsərləri sözleri ve alıntılarını, Seçilmiş Əsərləri yazarlarını, Seçilmiş Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Mən onu qınamıram,yox qınamıram,çünki onun keçmiş həyatından bircə bu xatirə qalmışdır.Qalan hər şey məhv olub getmişdir.
Sayfa 29 - •|Cinayət və Cəza
464 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Dosteyevskinin "Bəyaz gecələr"ində bir daha anlayırsan eşqi...Bir gün parkda təsadüfən rastlaşdığı bir qadın onu öz xəyal dünyasından ayırır, hansı ki o yalnız xəyallar dünyasında tənha yaşayırdı.Qız öz başına gələnləri danışır və qəhrəmanımız qıza aşiq olur. Qadının isə unuda bilmədiyi biri var.-《Mən sizin haqqınızda düşünürəm,-deyə
Seçilmiş Əsərləri
Seçilmiş ƏsərləriFyodor Dostoyevski · Kitab Klubu Nəşriyyatı · 2016180 okunma
Reklam
Qəlbimdə cənnət vardı, mən onu sənin dörd tərəfinə çəpər çəkəcəkdim.
Tabutda meyit və eqoist insan-Mən onsuz nə edəcəm?
Deyirlər ki, günəş kainata həyat verir.Günəş doğanda ona baxın-məgər o ölü deyilmi? Hər şey ölüdür,hər tərəf cəsəddir.İnsanlar yalqızdır, dörd tərəfləri isə sükutdur-bax, Yer üzü belədir.İnsanlar, bir-birinizi sevin!-bunu kim demişdir? Bu kimin vəsiyyətidir? Saatın kəfkiri hissiyyatsız, zəhlətökən tərzdə tıqqıldayır.Gecə saat ikidir.Onun çəkmələri çarpayasının qabağındadır, sanki sahibini gözləyir...Yox, ciddi deyirəm, sabah onu aparandan sonra, mən nə edəcəyəm?
Axı nə üçün?
-Axı, belə adam yoxdur və heç zaman olmayıb,hamısı yuxudur, nə üçün özümü üzürəm?
Nə üçün yaxşı bir adam belə, həmişə başqalarından nə isə gizlədir,ürəyini açmır? Nə üçün sən, hər danışdığın sözün təsirsiz qalmayacağını bildiyin halda, ürəyindəkiləri lap bu dəqiqə açıq-açığına, aşkar deməyəsən? Yoxsa hər kəs özünü elə göstərir ki, guya o, əslində olduğundan daha sərtdir, elə bil hər kəs, ürəyindəkini tez desə, hisslərinin təhqir ediləcəyindən qorxub susur.
Reklam
-Mən sizin haqqınızda düşünürəm,-deyə bir dəqiqəlik sükutdan sonra cavab verdi,- siz elə mehribansınız ki, bunu hiss etməmək üçün gərək mən daş olaydım...Bilirsinizmi indi mənim ağlıma nə fikir gəldi? Mən sizin ikinizi də bir-birinizlə müqayisə elədim.Nə üçün siz o deyilsiniz? Nə üçün o, sizin kimi deyil? Mən onu sizdən artıq sevsəm də, o, sizdən pisdir.
Biz bədbəxt olduğumuz zaman başqalarının da bədbəxtliyini dərindən hiss eləyirik; bu hissiyyat dağılmır, bəlkə bir yerə yığılıb daha da möhkəmlənir...
-Ancaq bir xahişim var: siz çox gözəl danışırsınız, olmazmı ki, belə gözəl danışmayasınız? Elə bil lap kitab oxuyursunuz.
Dinləyin, Nastenka( mənə elə gəlir ki, sizi ömrüm boyu Nastenka çağırsam yorulmaram), dinləyin və bilin ki, həmin bu yerlərdə qəribə adamlar-xəyalpərəstlər yaşayır.Xəyalpərəst, əgər bu sözün dəqiq izahını istəyirsinizsə, insan deyil, namüəyyən məxluqdur.O, həyatının çox hissəsini xəlvət, əlçatmaz bir guşədə keçirir,gündüz-günorta vaxtı elə bil işıqdan da gizlənir: bəzən öz qınına çəkilən ilbizi xatırladır, hər halda-evini arxasında daşıyan çanaqlı bağa adlı maraqlı heyvana daha çox oxşayır.
Sayfa 19 - "Bəyaz gecələr"Kitabı okudu
582 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.