Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Seçilmiş Əsərləri

Heinrich Mann

Seçilmiş Əsərləri Gönderileri

Seçilmiş Əsərləri kitaplarını, Seçilmiş Əsərləri sözleri ve alıntılarını, Seçilmiş Əsərləri yazarlarını, Seçilmiş Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bizdən uca duran, dırnaqlarını bizə öpdürən dövlət! Ona qarşı çıxa bilmədiyimiz dövlət, çünki onu hamımız sevirik! Qanımıza işləyən dövlət, çünki biz onda öz tabeçiliyimizi görürük! Biz onun bir atomuyuq, gözəgörünməz bir molekuluyuq!..
– Amma mən... – qəfildən səsi xırıldadı. – Kaş bircə bütün bunları uyduranın, insanlara xas olan alçaqlığı və yamanlığı özündə təcəssüm etdirən o əclafin yaxası əlimə keçǝydi; keçsəydi, qeyri-insaniliyin, heyvanlığın bu ümumiləşmiş obrazının...
Sayfa 264
Reklam
Kimə işıqlı zirvələrə qalxmaq nəsibdirsə, gərək keçilməz uçurumları tanısın.
Hamımız onu sevdiyimizə görə ona qarşı heç nə edə bilmədiyimiz bir iqtidar! İtaət qanımıza işlədiyindən canımıza hopmuş bir iqtidar! Biz onun bir atomu, tüpürcəyinin yoxa çıxan molekuluyuq!
Sayfa 56
Təbəə
Orada, Zəfər tağının altında isə ətrafındakı dəstələrin müşayiətində at belində iqtidarın özü gedirdi, donuq sifəti və qığılcım saçan baxışı ilə. Elə bir iqtidar ki, var gücünü üstümüzə tökür və biz onun atının nalını öpürük!
Sayfa 55
568 syf.
4/10 puan verdi
·
12 günde okudu
Bu kitabda alman yazıçının 2 əsəri verilmişdir: 1. Təbəə 2. Professor Qanmaz Yazıçının ən məşhur əsərlərindən biri Təbəə olduğu qeyd olunsa da mən digərini ondan daha çox sevdim. Ümumiyyətlə hər iki əsər əvvəldə çox gözəl, maraqlı başladı amma ortalarından başlayaraq anlaşılmaz oldu. Əvvəlini çox, sonunu heç sevmədim deyə bilərəm. P.s Haynrix Mann Tomas Mannın qardaşı imiş))
Seçilmiş Əsərləri
Seçilmiş ƏsərləriHeinrich Mann · Şərq-Qərb · 20133 okunma
Reklam
Kimə işıqlı zirvələrə qalxmaq nəsibdirsə, gərək keçilməz uçurumları tanısın.
Sayfa 543 - Professor Qanmaz, On dördüncü fəsilKitabı okudu