Bəxtiyar Vahabzadə yaradıcılığı ilə məktəb illərindən tanışam. Bu kitabı 4cü dəfədir ki, oxuyuram. Doğma yurdumun ən sevdiyim yazarıdır. Şeirlərində bir kainat gizlidir sanki... O qədər içdən, o qədər dobra, o qədər həyatdandır ki yazdıqları, insan unutmamaq üçün bir daha, bir daha, təkrarən oxumaq istəyir. Ən azından mənimlə belə olur.
Bəxtiyar Vahabzadə yaradıcılığı ilə hələ də tanış olma şərəfinə sahib olmayanlar, mütləq tanışlıq üçün tələsin.
Ən sevdiyim şeirindən bir parça:
Səhvlərim- Dost danlağı,
Yad töhməti.
Səhvlərim! Siz mənsiniz,
Mən də sizəm!
Mən səhvimdə səhvsizəm!