Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri 2.Cild

Bahtiyar Vahabzade

Seçilmiş Əsərləri 2.Cild Gönderileri

Seçilmiş Əsərləri 2.Cild kitaplarını, Seçilmiş Əsərləri 2.Cild sözleri ve alıntılarını, Seçilmiş Əsərləri 2.Cild yazarlarını, Seçilmiş Əsərləri 2.Cild yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Şəki
Mən dedim, vurğunam Azərbaycana, Deyirəm, heç zaman xırdalanmasın Könlümdən ucalan bu avaz, bu səs. Böyükdür, ucadir məsləkim mənim. Bala anasına "sevirəm?"deməz, Mən də deməmişəm, a Şəkim, mənim.
Qılınc bu gün varsa, sabah pas tutar, Sözünsə qılıncı həmişə parlar.
Reklam
İki hədiyyə
O gün ki, qəlbimi mən sənə verdim, Hər şey gözlərimə göründü aydın. Varlığı heçliyə mən dəyişərdim, Əgər bu dünyada sən olmasaydın
"Bir salama dəymədi" Bəxtiyar Vahabzadə
Bir günlük həsrətimə dözə bilməyən, gülüm, Bəs nə oldu? Bu həsrət bir salama dəymədi? Getdin, dalınca baxdım, can ayrıldı canımdan, Sən necə etinasız ötə bildin yanımdan?
—De ki,üz döndərib məhəbbətimdən, Ucuz şöhrətlərə əyilmərəm mən!
Gözlərin elə bil yol çəkir sənin, Nəyisə,kimisə gözləyir müdam. O sonsuz həsrəti nəqş eyləməkçin Kölgə tapammıram,rəng tapammıram.
Reklam
Neyçin düşmən edirlər insanı insanlara, Səbəb nədir görəsən bu günahsız qanlara?
Sənət dəryaya bənzər,onun min bir halı var, Onun sirlərlə dolu öz cah-cəlalı var. Kiminin bu dəryada gördüyü çör-çöp olur, Kimi də dibindəki incilərə vurulur.
Xəyal gah dağdadır, gah da aranda, Gah göyə yüksəlir, gah enir insan. Otaqda bir saat oturanda Yüz ilin dərdi ilə yüklənir insan.
Bura park idimi bir zaman? Xeyr! İndi də yaşayır xatirələrdə; On səkkizinci il! Şəhid düşənlər Haqqa tapşırıldı bir vaxt bu yerdə. O zaman qonşular bizdən kam alıb, Bizi arxamızdan yaman vurdular. Erməni əliylə burda park salıb,
Reklam
DÜNYAMI, MƏNMİ?
Uşaqlıq şəklimə hey baxıram mən, İllər xəyalımdan süzülüb keçir. Şirin xatirələr gözüm önündən Gah ağlayıb keçir, gah gülüb keçir. Küçədən tapdığım rəngli bir şüşə, Könlümü nə qədər sevindirərdi! Adamlar, adamlar məni həmişə Oxşayar, əzizlər, xoş dindirərdi. Xəyalən uçardım ulduza, aya. Bir təzə sevdaya düşərdim hər gün. Elə bilərdim ki, bu qoca dünya Mənimçün yaranıb, ancaq mənimçün. Dünya həmin dünya deyilmi aya- Bəs neçin mənimlə əylənmir yenə? Artıq köhnə dünya, bu qoca dünya Özgə cür görünür, özgə cür mənə!.. Bəlkə ayrılmışam özüm-özümdən, Özgə bir adamam bəlkə indi mən? Dünya gözəlləşir, dəyişir aləm; Ömür yollarını vüqarla keçdim. Anlaya bilmirəm, qana bilmirəm Dünyamı dəyişdi, mənmi dəyişdim?
Sayfa 155
Yaşasa da bu millət lap dilənçi kökündə, Yoxsul güzəranından danışmadı bu gün də. Daxmalarda yaşadı, özünü sındırmadı, Meydanlarda "mənzil" - deyə bir dəfə qışqırmadı. Qara qızıl çıxartdı yerin yeddi qatından. "Nədir bunun qiyməti?" sormadılar heç ondan. Onun qızıl neftini qızıla da satdılar, Qızılın sahibini söz ilə aldatdılar. Bu millətin sərvəti özünə düşmən oldu, Becərdiyi pambığı əyninə kəfən oldu.
Sayfa 277 - Öndər Nəşriyyat, Bakı - 2004 / "Şəhidlər" poemasından.Kitabı okudu
Yolumuz duman olmuş, Yaxşılar yaman olmuş. Haqq bu gün öz haqqını Haqsızdan uman olmuş Hara gedr bu dünya?
Sayfa 320Kitabı okudu
357 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.