Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Beş Cilddə

Seçilmiş Əsərləri - I Cild

Samed Vurğun

Sözler ve Alıntılar

Tümünü Gör
Mən bir uşaq, sən bir ana, Odur ki, bağlıyam sana!
El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam, doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan! Mən bir uşaq, sən bir ana, Odur ki, bağlıyam sana: Hanki səmtə, hanki yana Hey uçsam da yuvam sənsən, Elim, günüm, obam sənsən! Fəqət səndən gen düşəndə, Ayrılıq məndən düşəndə, Saçlarıma dən düşəndə Boğar aylar, illər məni, Qınamasın ellər məni. Dağlarının başı qardır, Ağ örpəyın buludlardır. Böyük bir keçmişin vardır; Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənin.
Azərbaycan, AzərbaycanKitabı okudu
BİR QƏTRƏ YAŞ
Saqiya! Saqiya! Gətir gizlicə, Görənlər olmasın divanələr var. Nəşələr əməyim bu qəmli gecə, Bağrına od basan pərvanələr var. Həyatin sonuymuş bir solğun çiçək, Qəmləri öldürən qəm olsa gərək, Açmadı ağlayan üzləri fələk, Cahanda göz yaşı, qəmxanələr var. Saqiya! Dustağam zindan görməmiş Vüsalın dadı yox, hicran görməmiş, Bir mömin babayam quran görməmiş, Onda da şübhələr, əfsanələr var. Nəsibim oldusa bu ahu-vaylar, Dün gecə əl verib bahara yaylar, Ucaldı göylərə şanli saraylar, Düşünməz nerədə viranələr var. Saqiya! Saqiya! Yetir özünü, Cahanı görməyim, bağla gözümü. Şərqə söyləyirəm bu son sözümü: Yavrusuz üşüyən boş lanələr var.
Sayfa 30
Reklam
Vicdan düzəldəcək həyatı, vicdan!..
Sayfa 12 - Şərq-Qərb, 2005
ƏYİLMƏ!
Həyat! O çox zaman görünür iyrənc, Bu səhnədə min bir qanlı pərdə var Sən bu çətinliyə düşsən də, ey gənc, İçində saxlanan qüdrətə yalvar! Zaman! O amansız, qatil bir düşkün Bəzən dünyaları döyər şiddətlə. Səni də məhv etmək istərsə bir gün, Hər şeyə qarşı çıx, həm də cürətlə. Cürət! Odur bizi güldürən hər an, Cürətsiz bir həyat məhv olur, inan. İştə bu düsturu öyrənib də sən, Ər oğlu ər kimi tab et bəlayǝ. Mən bu sözlərimlə nə dedim bil sən, Çırpın üfüqlərə, uç etilayǝ! Ey gənc! Səadəti bir xəyal bilmə, Nə olursa-olsun, yalnız əyilmə!
Sayfa 53
Nemətsə də gözəl şeir, Şair olan qəm də yeyir. Ömrü keçir bu adətlə, Uğurlu bir səadətlə. Görən məni nədir deyir: Saçlarına düşən bu dən? Şair, nə tez qocaldın sən!
Ama çok güzel..
Döyür pəncərəmi qışın ruzgarı Vaxtsız ölümmüdür üstümə gələn? Çəkilsin gecənin qaranlıqları... Ömrə son sozümü deməmişəm mən, Vaxtsız ölümmüdür üstümə gələn?
Sayfa 186
Reklam
AZƏRBAYCAN şeiri
Könlüm keçir Qarabağdan Gah bu dağdan, gah o dağdan Axşam üstü qoy uzaqdan  Havalansın Xanın səsi Qarabağın şikəstəsi...
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.