Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Beş Cilddə

Seçilmiş Əsərləri - I Cild

Samed Vurğun

Seçilmiş Əsərləri - I Cild Sözleri ve Alıntıları

Seçilmiş Əsərləri - I Cild sözleri ve alıntılarını, Seçilmiş Əsərləri - I Cild kitap alıntılarını, Seçilmiş Əsərləri - I Cild en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Mən bir uşaq, sən bir ana, Odur ki, bağlıyam sana!
El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam, doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan! Mən bir uşaq, sən bir ana, Odur ki, bağlıyam sana: Hanki səmtə, hanki yana Hey uçsam da yuvam sənsən, Elim, günüm, obam sənsən! Fəqət səndən gen düşəndə, Ayrılıq məndən düşəndə, Saçlarıma dən düşəndə Boğar aylar, illər məni, Qınamasın ellər məni. Dağlarının başı qardır, Ağ örpəyın buludlardır. Böyük bir keçmişin vardır; Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənin.
Azərbaycan, AzərbaycanKitabı okudu
BİR QƏTRƏ YAŞ
Saqiya! Saqiya! Gətir gizlicə, Görənlər olmasın divanələr var. Nəşələr əməyim bu qəmli gecə, Bağrına od basan pərvanələr var. Həyatin sonuymuş bir solğun çiçək, Qəmləri öldürən qəm olsa gərək, Açmadı ağlayan üzləri fələk, Cahanda göz yaşı, qəmxanələr var. Saqiya! Dustağam zindan görməmiş Vüsalın dadı yox, hicran görməmiş, Bir mömin babayam quran görməmiş, Onda da şübhələr, əfsanələr var. Nəsibim oldusa bu ahu-vaylar, Dün gecə əl verib bahara yaylar, Ucaldı göylərə şanli saraylar, Düşünməz nerədə viranələr var. Saqiya! Saqiya! Yetir özünü, Cahanı görməyim, bağla gözümü. Şərqə söyləyirəm bu son sözümü: Yavrusuz üşüyən boş lanələr var.
Sayfa 30
Reklam
Vicdan düzəldəcək həyatı, vicdan!..
Sayfa 12 - Şərq-Qərb, 2005
ƏYİLMƏ!
Həyat! O çox zaman görünür iyrənc, Bu səhnədə min bir qanlı pərdə var Sən bu çətinliyə düşsən də, ey gənc, İçində saxlanan qüdrətə yalvar! Zaman! O amansız, qatil bir düşkün Bəzən dünyaları döyər şiddətlə. Səni də məhv etmək istərsə bir gün, Hər şeyə qarşı çıx, həm də cürətlə. Cürət! Odur bizi güldürən hər an, Cürətsiz bir həyat məhv olur, inan. İştə bu düsturu öyrənib də sən, Ər oğlu ər kimi tab et bəlayǝ. Mən bu sözlərimlə nə dedim bil sən, Çırpın üfüqlərə, uç etilayǝ! Ey gənc! Səadəti bir xəyal bilmə, Nə olursa-olsun, yalnız əyilmə!
Sayfa 53
Nemətsə də gözəl şeir, Şair olan qəm də yeyir. Ömrü keçir bu adətlə, Uğurlu bir səadətlə. Görən məni nədir deyir: Saçlarına düşən bu dən? Şair, nə tez qocaldın sən!
Ama çok güzel..
Döyür pəncərəmi qışın ruzgarı Vaxtsız ölümmüdür üstümə gələn? Çəkilsin gecənin qaranlıqları... Ömrə son sozümü deməmişəm mən, Vaxtsız ölümmüdür üstümə gələn?
Sayfa 186
Reklam
AZƏRBAYCAN şeiri
Könlüm keçir Qarabağdan Gah bu dağdan, gah o dağdan Axşam üstü qoy uzaqdan  Havalansın Xanın səsi Qarabağın şikəstəsi...
El bilir ki, sən mənimsəm Yurdum, yuvam, məskənimsən Anam, doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan! Azərbaycan! .. Bir dön bizim Bakıya bax, Sahilləri çıraq-çıraq, Buruqları hayqıraraq Nərə salır boz çöllərə İşıqlanır hər dağ, dərə.
Sayfa 179 - Şərq-Qərb, 2005
Ölməz könül, ölməz əsər Nizamilər, Füzulilər! Əlin qələm, sinən dəftər, De gəlsin hər nəyin vardır, Deyilən söz yadigardır.
Sayfa 178
Həsrətlər yorğunu, şikəstə könlüm, Ah, şu dərdli könlüm, şu xəstə könlüm.
Reklam
İçim dalğalanır sanki bir dəniz, Mən bu dalğalarla qucaqlaşıram Nələr düşünürəm, duya bilsəniz! Sanki varlığımdan uzaqlaşıram..
Sayfa 100 - Şərq-Qərb, 2005
İllər, qərinələr keçirsə aləm, Yadımda saxlaram hər zaman səni. Dərdimi bilməyən varmı bir adəm? Bu bir həqiqət ki, sevdi can səni. Dün öylə gedirdin ahəstə, rəvan, Bulandı su kimi gözlərimdə qan, Bir mənim başıma gəlmədi hicran, Kim basdı bağrına canhacan səni?.. O axşam, röyada gəzişə çıxdım, Aramızı vuran bir evi yıxdım... Titrəyə-titrəyə əlini sıxdım, Baxdım, zəhərləmiş o ilan səni... Baxırdın, sevdiyim, sən məlul-məlul, Çırpınar, gülərkən sevdalı ilul. Bağırdım gülərək... ey ləkəli dul!.. Məndən başqa sevməz bir insan səni!
Sayfa 48
Bu son sözlərimi qulağından as! Dünyada, hər günün bir hökmü vardır. Vaxtını almasın nə toy, nə də yas Gurlayan səsinlə "irəli" hayqır "Dünyada hər günün bir hökmü vardır"
Sayfa 146 - Şərq-Qərb, 2005
Xəyalə qərq olub hərdən, Zəhərləndin küləklərdən... O qansız, daş ürəklərdən Könül rəncidə qalmazmı?
Ölməz könül, ölməz əsər Nizamilər, Füzulilər! Əlin qələm, sinən dəftər, De gəlsin hər nəyin vardır, Deyilən söz yadigardır.
99 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.