Xalq şairi Səməd Vurğun yalmz dili, ifadə tərzi, üslubu etibarilə deyil, düşüncəsi, təfəkkürü etibarilə də məhz Azərbaycan şairidir. Vurğun yaradıcılığımn tarixi əhəmiyyəti özünü bir də onda göstərir ki, XX əsrin ortalarından başlayaraq Azərbaycan poeziyasında böyük bir məktəb - Səməd Vurğun məktəbi formalaşıb inkişaf edir.Seçilmiş əsərlərinin III cildinə ölməz şairin poemalan, o cümlədən Vurğun istedadını , poetik təfəkkürünün əsl miqyasmı və möhtəşəmliyini göstərən "Komsomol" poeması, "Bəsti", "Bakının dastanı", "Muğan", "Aygün" kimi şah əsərləri daxil edilmişdir.Təbiətin bütün ömür boyu şeir demək istedadı qismət elədiyi Səməd Vurğunun poetik nəfəsi o dərəcədə nəhayətsizdir ki, hər poema qurtaranda onun bitdiyinə inanmaq olmur. Çünki bu əsərlərdən hər birinin qurtardığı yerdə poetik nəfəs daha çox açılır. Təb və genişlik hüdud bilmir, sərhəd tammır.Sözün həqiqətini almaq üçün min cürdən birini yazdığmdandır ki, yazanda yaşayan Vurğunun bitib-tükənməz ilhamdan yaranan sözləri bu qədər işıqlıdır.