Atam öldü, mən qocaldım; xoşuma gələn, könlümü oxşayan, mənə ümid verən hər bir şey -bahar yağışı, göy gurultusu, səadət arzuları, məhəbbət haqqında söhbətlər - hamısı, hamısı indi yalnız xatirəyə çevrilmişdir, indi mən qarşıda yalnız ucsuz - bucaqsız, bomboş bir səhra görürəm. Səhrada kimsə yoxdur, üfüq isə müdhiş bir qaranlığa qərq olmuşdur...
Sayfa 84