Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sevil Gönderileri

Sevil kitaplarını, Sevil sözleri ve alıntılarını, Sevil yazarlarını, Sevil yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
BALAŞ: Sevil... Mən sənsiz yaşaya bilmərəm, mən səni sevirəm. SEVİL: Eləmi? Ha... Ona görə ki, indi mənim çəkmələrim lak, tumanım qısa və dabanlarım dikdir?
SEVİL: Namus! Ha... ha... Nədir namus?.. Yalnız qadınların daşıyacağı bir yükdür. Sən hər gün bir dəqiqəlik zövqün üçün tuş gəldiyin hər bir qadına göz basırkən, kimsə sənə namussuz demirdi.
Reklam
Azərbaycan qadınlarının və bütün qadınların ən böyük düşmənlərindən biri də namus keşikçisi olmalarıdır. Kişi istədiyini və bir neçəsini birdən əldə edə bilər, qadın isə ikincisinə göz ucuyla belə baxa bilməz. Bu, kişi üçün bir nadinclik, qadın üçün isə bir namussuzluq sayıla bilər.
Dilbər: Gülüşcan, diliniz çox iti deyilmi? Gülüş: Bağışlayın, təzəcə itilətdirmişəm, çarxdan indi gəlmişdir.
47 syf.
9/10 puan verdi
·
Beğendi
·
24 saatte okudu
Öz ədəbiyyatımız üçün çox darıxmışdım və buna görə "Sevil" i oxumaq istədim. Sovet ideologiyası açıq şəkildə hiss olunsa da, günümüzün ən ümdə, aktual məsələlərindən birini ələ aldığından, hal-hazırda da öz təsirini itirməmişdir. SEVIL: Namus! Ha… ha… Nədir namus?.. Yalnız qadınların daşıyacağı bir yükdür. Bu dialoq çox xoşuma gəldi. Qadınla birgə kişinin də namusunu xatırladır, günümüzdə bunu çoxları unutmuşkən. Kiçik və sadə dillə yazılmış bir səhnə əsəridir. Bəzi yerlərini ifrat qəbul etsəm də, demək olar ki, qatılıram əsərin ideyasına. Cahil din və namus köləsi amma namuslu bir kənd qızının oxuyaraq necə savadlı, təhsilli birinə çevrildiyini görürük sonda. Bir incə məqama da toxunulduğunu hiss etdim, oxumaq o demək deyilki namussuzlaşa bilərsən, ya da azadlıq o demək deyil ki, namussuz ola bilərsən.
Sevil
Sevil
Cafer Cabbarlı
Cafer Cabbarlı
Sevil
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928331 okunma
BALAŞ: Sevil… Mən sənsiz yaşaya bilmərəm, mən səni sevirəm. SEVIL: Eləmi? Ha… Ona görə ki, indi mənim çəkmələrim lak, tumanım qısa və dabanlarım dikdir?
Reklam
SEVIL: Namus! Ha… ha… Nədir namus?.. Yalnız qadınların daşıyacağı bir yükdür. Sən hər gün bir dəqiqəlik zövqün üçün tuş gəldiyin hər bir qadına göz basırkən, kimsə sənə namussuz demirdi.
"Balaş, bu, həyatın amansız qanunudur. Bu gün dünəni bəyənmir, sabah bu günü bəyənmir."
Cahil
ƏBDÜLƏLI BƏY: Doğrudur, mən də helə onu düşünürdüm ki, türk arvadında belə baş, belə qabiliyyət ola bilməz.
ATAKIŞİ: Bilirsən, qızım, dünyanın işi belədir: adam evə qazanc gətirməyəndə, qədir-qiyməti olmur; ana da çox qazanan oğlu çox sevər.
Reklam
:D
İlxıda atlar, Çöldə göy otlar, Ərsiz arvadlar Bu balama qurban. Gülüş: Bu yaxşı, nə üçün bəs arvadlar, özü də təkcə ərsizlər, kişilər yox?
:D
"...amma mən onun arvadıyam, sözündən çıxa bilmərəm; ər ki var, allahın kölgəsidir."
"Hə… daş düşsün qızın olan gününə. Bu rus, erməni qızları yenə yaxşıdırlar. Ivanın arvadı özündən çox məvacib alır. Biz hələ oturmuşuq, gözümüzü dikmişik kişinin əlinə: ağa gətirsin navala, xanım doldursun çuvala."
47 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Namus, əxlaq nədir bu namus əxlaq? Sadəcə qadınlar üçün var olan bir şeydir mi?.. Qadınları bu cür kiçik görən insanlar nə yazıq ki hələ də var. Oxuduqca görürük ki, bir zamanlar yaşadığlarına görə gülünc mənbəyi olan Sevil, zaman keçdikdə özünü inkişaf etdirib, hər şeyi anlayan bir qadın olur. Təəssüflər olsun ki hələ də keçmiş Sevilin düşüncəsində olan qadınlar indi də var. Ümid edirəm ki bir gün onlar da Sevil kimi öz dünya görüşünü dəyişər. Oxumağı tövsiyyə edəcəyim bir kitab oldu. Oxumaq istəyənlərə xoş mütaliətlər:)
Sevil
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928331 okunma
Azərbaycan qadınlarının və bütün qadınların ən böyük düşmənlərindən biri də namus keşikçisi olmalarıdır. Kişi istədiyini və bir neçəsini birdən əldə edə bilər, qadın isə ikincisinə göz ucuyla belə baxa bilməz. Bu kişi üçün bir nadinclik, qadın üçün isə bir namussuzluq sayıla bilər. Halbuki hər ikisinin təşəbbüsünün doğuran eyni fizioloji hadisədir.
361 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.