Tərkedilmiş yetimxana kimiyəm. Bax burda - ürəyimin başında heç kimi hiss etmirəm. Gedən gedənədi... Aylardı təknəfərlik, kimsəsiz dünyamla əlləşirəm. Canımı qoymağa yer tapa bilmirəm. Mənnən: "Necəsən? Haralardasan?" - soruşurlar. Nə cavab verəcəyimi bilmirəm. Heç indi harda olduğumu da bilmirəm. Amma görürəm ki, özümdə deyiləm...