Səfillər

Victor Hugo

Sayfa Sayısına Göre Səfillər Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Səfillər sözleri ve alıntılarını, sayfa sayısına göre Səfillər kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
“İnsanın cismi vardır, bu cisim eyni zamanda onun üçün həm ağır bir yük, həm də vəsvəsədir. O, bu cismi sürüyür və ona tabe olur. O, öz cisminə ciddi fikir verməli, cilovunu çəkməli, susdurmalı və yalnız əlacsız qaldıqda ona tabe olmalıdır. Bu itaətkarlıqda da günah gizlənə bilər, lakin bu cür günah bağışlanacaq bir günahdır. Bu, yıxılmaqdır, ancaq dizi üstə yıxılmaqdır və ibadətlə qurtara bilər. Müqəddəs olmaq – müstəsna bir şeydir; ədalətli olmaq isə qaydadır. Yolunuzdan çıxın, yıxılın, günah iş görün, ancaq ədalətli olun. Mümkün qədər az günah etmək – insan üçün qanun budur. Heç günah etməmək mələklərin arzusudur. Yer üzündə nə varsa günaha tabedir. Günah cazibə qüvvəsinə malikdir”.
Sayfa 9
“Günahın keçdiyi yolu nəzərdən keçirək!”.
Sayfa 9
Reklam
..Onun əlindən çoxlu pullar gəlib keçirdi, lakin heç bir şey onu öz həyat tərzini dəyişməyə və zəruri ehtiyacı ödəyən miqdardan artıq bir şey sərf etməyə vadar edə bilməzdi. Əksinə, aşağılarda səfalət və ehtiyac həmişə yuxarı təbəqələrin mürüvvət və səxavətindən çox olduğu üçün, cənab Miriel aldıqlarını demək olar ki, almamışdan əvvəl paylayırdı,-quru torpağa düşən su da bucür dərhal yox olur.
Sayfa 9
O, həmçinin deyərdi ki, “Cahillərə bacardığınızı öyrədin, onlara pulsuz təhsil verməməkdə cəmiyyətin özü müqəssirdir, cəmiyyət yaydığı cəhalət üçün məsuldur. Qaranlıq içində olan qəlbdə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır”.
Sayfa 10
O deyirdi ki, “Arvadların, uşaqların, nökərlərin, zəiflərin, yoxsulların və cahillərin xəta etməsində ərlər, atalar, ağalar, güclülər, varlılar və alimlər müqəssirdir”.
Sayfa 10
O özünü qayğısız göstərir,lakin qayğısız deyil.O baxanda gülmək istəyir,lakin ağlamaq da istəyir.
Reklam
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.