Səhra Savaşı

Vaqif Sultanlı

Sayfa Sayısına Göre Səhra Savaşı Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Səhra Savaşı sözleri ve alıntılarını, sayfa sayısına göre Səhra Savaşı kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Uzun illər nəfsini öldürə-öldürə sürdüyü ömrün zaman-zaman çıxılmaz məcraya yönəldiyini, bunca yeknəsəqliyi həyat sanaraq yaşamağa məhkum olduğunu düşündükcə içi, qəlbi, ruhu tükənirdi.
Çevrəsindəkilərlə arasında yaranmış uçurum dərinləşdikcə insan yığnağı inadla onu itələyir, özünə çəkilməyə, ruhi dünyasına qapılmağa məcbur eləyirdi.
Reklam
"Bəzən özü də istəmədən uşaqlığını xatırlayır, ömrünün erkən çağları uzaq, əlçatmaz xəyallar örtüyündə, dumanlar içərisində hafizəsində canlanırdı. Yaddaşını ağrıdan o uzaq illərlə bağlı xəyalları özündən qovub uzaqlaşdırmaq istəsə də, bacarmırdı, əksinə xəyallar ixtiyarsız olaraq onu alıb aparır, həyatının aşağılarına, uzaq dərinliklərinə qaytarırdı. Uşaqlıq illərini xatırlamaq istəməməsinin səbəbini özü də anlaya bilmirdi. Sadəcə xəyallar onu keçmişə apararaq o uzaq illərin xatirələrinə qovuşdurduqca içinin dəniz kimi çalxalandığını hiss edir, ruhu varlığından siyrilib çıxmaq istəyirdi. Qocanı rahatsız edən bir də o idi ki, keçmişə üz tutduğu halda uşaqlıq illərinə dönmək istəmir, ömrünün o çağlarını yaddaşından qoparmağa çalışırdı. Ancaq yaddaşını doğraya-doğraya o uzaq çağlara aparan duyğularını özündən qovduqca uşaqlıq xatirələrinin daha böyük cazibə ilə ruhuna, varlığına hopduğunu hiss edir və bundan heç cür xilas ola bilməyəcəyini anlayırdı. Uşaqlıq xatirələri yaddaşında elə bir iz salmışdı ki, onu heç cür qaparıb atmaq mümkün deyildi"...
Sayfa 73
Elə bil ömür karvanı uşaqlığından birbaşa qocalığa adlamışdı. Yaddaşının boşalmış yuvalarında ömrünün cavanlıq illərindən kiçicik bir iz, nişanə qalmamışdı. Həyatının uşaqlıqla qocalıq arasında keçən, indi xatırına gətirə bilmədiyi illəri sanki adada yaşayıbmış, dünyadan, insanlardan təcrid olunubmuş kimi xəbərsiz-ətərsiz ötüb keçmişdi...
"Qoca ömrünü yollara tökərək gedirdi və hərdən çevrilib arxaya baxarkən ömrünü-gününü yeyib bitirən yollarda qoyub getdiklərinin izlərini, nişanələrini axtarırdı. Ancaq nə qədər boylanırdısa arxada qalan günlərini xatırlada biləcək heç bir şey gözlərinə toxunmurdu"
Sayfa 83
"Sоnu bəlli оlmayan gələcəkmi, yоxsa zamanın arxasında qalan keçmişmi cazibədardı? Axı, keçmiş necə оlursa-оlsun artıq bir dəfə yaşanılmışdı, indi həmin yaşanılan tarixə yenidən dönülür, təkrar baş vurulurdu. Gələcək isə keçmişdən fərqli оlaraq qaranlıqlarla, mübhəmliklərlə dоlu idi. Belədə özü-özlüyündə gələcək daha cazibədar оlmalıydı, ancaq nə sirdisə оnu gələcək deyil, keçmiş, tarix özünə çəkirdi. Qarşılaşa biləcəyi çətinliklərə və maneələrə baxmayaraq əcdadlarının bir zamanlar keçib gəldiyi yоlla geriyə dönmək, tarixin daşlaşmış mənzərələrini yenidən seyr etmək, yaradılışın mahiyyətini anlamaq istəyirdi. Ona elə gəlirdi ki, gələcəkdən fərqli olaraq keçmiş əfsanə örtüyünə büründüyündən dünyanın sirrini, müəmmasını özündə saxlayır"
Sayfa 85
Reklam
13 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.