Şinel Gönderileri

Şinel kitaplarını, Şinel sözleri ve alıntılarını, Şinel yazarlarını, Şinel yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bu cür dünyada əxlaq dərsi olmur, çünki nə tələbə var, nə də müəllim; bu dünya necə varsa, elədir və onu yox edə biləcək hər şeyi özündən itələyir.
Bəs nədir zərərsiz görünən cümlələrin arasındakı boşluqda tuta bildiyimiz o qəribə dünya? O, bir tərəfdən həqiqi dünyadır, amma bizə son dərəcə absurd gəlir. Çünki gözümüz həmin dünyanı pərdələyən səhnə dekoruna alışıb.
Reklam
Dünyada elə şeylər var ki, onlar haqda mühakimə yürütmək bizim işimiz deyil.
Həmişə başqaları üçün əhəmiyyət kəsb etməyən insanları öz gözlərində mötəbər şəxs mərtəbəsinə qaldıran çevrələri tapılır.
Belədə o zavallı gənc əli ilə üzünü örtür, sonra isə öz dünyasına qapılıb dönə-dönə sarsılırdı: bir insanın nə qədər insafsız ola biləcəyinə heyrətlənir, hətta təhsilli, dünyəvi və kübar insanların da içində nə qədər böyük qabalığın gizlənə bildiyini aşkar görürdü! Hətta hamının nəcib və vicdanlı kimi tanıdığı adamlarda belə...
80 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Qoqol'un şineli haqqında
Çox maraqlı və kiçikölçülü bir əsər idi. Buna baxmayaraq sizi olduğunuz yerdən Peterburqa aparmağı ya da o hissləri keçirtməyi bacarır. Həm nəşr,həm əsər,həm də kitabın sonunda Nabokovun mülahizələri xoşuma gəldi və həqiqətən anladım ki,Qoqol doğrudan da bir dahidir. Qoqolun yaradıcılığı ilə tanış olmaq istəyən hər kəsə oxumağı məsləhət edirəm.Xoş mütaliələr!
Şinel
ŞinelNikolay Gogol · Parlaq · 037,2bin okunma
Reklam
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.