Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sonuncu Ay İşığı

Elçin Arifoğlu

En Yeni Sonuncu Ay İşığı Sözleri ve Alıntıları

En Yeni Sonuncu Ay İşığı sözleri ve alıntılarını, en yeni Sonuncu Ay İşığı kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Əgər şahmat taxtasındakı, topu at vurarsa, bu o demək deyil ki, onu at vurdu. Topu o ata qurban verən var!.. Sonradan o atı vuran vəzir də özbaşına vurmur onu! Həyat belədi.
sən Kamonu özbaşına, öz istəyinlə, arzunla öldürməmisən. Onu sənin əlinlə öldürən var. Sən, sadəcə olaraq, şahmat taxtasındakı adi bir fiqursan. İradəsi taxtanın arxasında oturan və fiqurların görmədiyi, bilmədiyi, tanımadığı oyunçudan asılı olan və buna görə də, güclü olduğu qədər də zəif, aciz, zavallı, adicə bir fiqur!
Reklam
Hə, Robert. Əgər şahmat taxtasındakı, topu at vurarsa, bu o demək deyil ki, onu at vurdu. Topu o ata qurban verən var!.. Sonradan o atı vuran vəzir də özbaşına vurmur onu! Həyat belədi...
-Teatrda olmusan? - Hə... uşaq vaxtı, kukla teatrında. - Sən orda kuklaları görürdün, amma onları idarə edəndəri görmürdün. Real həyatda da belədi, çox vaxt insanlar kuklaları görür, onları idarə edənləri yox.
Bağışla məni, səni tanıya bilmədiyimə görə... Bağışla.
Qəhrəmanların ölü olması, dövlətə də, siyasətçilərə də, elə bizə də daha ucuz başa gəlir.
Reklam
Hərdən adam heç seçə bilmir də, ölməyi yaxşıdır, yoxsa sağ qalmağı?
Bəlkə də ölüm elə buna görə yaratmışdı Tanrı... Həyatın cavab verə bilmədikləri suallara ölüm cavab verməliydi...
Tanrı beləydi, bu güllələr kimi. Görmürsən. Amma burdadı, lap yaxında, burnunun ucunda... Və bu güllə kimi hər an məhv eləməyə hazırdı səni. Niyə?.. Bax, bu niyəni başa düşmürdü Rövşən, neçə illərdən bəri...
- Bax, - zabit dedi, - hərəmizin bir ömür payı var. Bax, Nonanın da... Amma bu ömür boyu insanların çoxu, "olarla" "olmazın" arasında çabalaya-çabalaya yaşayır. Əzab çəkə-çəkə... Nəsə eləmək istəyir, amma fikirləşir ki, bu ol maz. Bu yaxşı düşməz... Belə, belə də ömür keçib gedir. Bir gün öləndə də geriyə baxıb görür ki, bu neçə illik əzab didolu həyatda, cəmi bir neçə gün yaşayıb. Yəni, özü üçün yaşamayıb. Öz ürəyi istəyəni etməyib... Onda da heyfsilǝnir. Heyfsilənir ki, gərək ürəyi istəyənləri edəydi. Arzularına çataydı. O vaxt başa düşəndə ki, artıq hər şey bitib, daha o arzulara çatmaq şansı bir də heç vaxt verilmǝyǝcək, o vaxt insan başa düşür, həqiqəti, lap son anda...
Reklam
Bəlkə də ölümü elə buna görə yaratmışdı Tanrı... Həyatın cavab verə bilmədiyi suallara ölüm cavab verməliydi
Sizdə belə deyirlər də, "həyat yoldaşı". Başa düşürsən, yoldaş. Daha əziz doğma adam yox. Yoldaş. Hansısa yolun əvvəlindən sonuna getmək üçün yol yoldaşı. Yoldaş...
Sayfa 140Kitabı okudu
Mənim sirrlərim var. Yalanlarım yoxdu. Mən heç kəsi aldatmıram. Nəsə deyirəmsə, düzünü deyirəm. Nəyisə deyə bilmirəmsə, deməli, bu sirrdi...
Bəlkə də ölümü elə buna görə yaratmışdı Tanrı... Həyatın cavab verə bilmədikləri suallara ölüm cavab verməliydi...
Qorxmağa dəyməzdi ölümdən. Onun naməlumluğunda, qorxulu olduğu qədər də, gizli qaldığına görə maraqlı bir şey var idi...
25 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.