Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Sonuncu Ay İşığı

Elçin Arifoğlu
Bir yanda təmiz, saf hisslərlə sevən gənclər, digər yanda bu cür təmiz, saf hisslərin yaşaması üçün heç bir ümid yeri qoymayan, qəddar, qanlı, amansız çirkab və nifrət dolu reallıq. Nifrətin içində sevgiyə, çirkabın içində saflığa yer varmı? “Sonuncu ay işığı” romanında bəşəriyyətin ən dəhşətli kəşfinin içinə düşən insanların taleyinin necə dəyişdiyinin, bu insanların mənəviyyatının, mənliyinin necə məhv edildiyindən, sevgi, dostluq kimi müqəddəs hisslərin bu dəhşətli kəşfin içində necə parçalandığından danışılır. Sevginin nifrətə, dostluğun düşmənçiliyə, saflığın çirkaba, mərhəmətin qəddarlığa, mənəviyytatın heçə necə çevrildiyindən bəhs edilən romanda Yer üzündə cəhənnəmi yarada bilən insanların bu cəhənnəmi məhv etməyə qadir olduqları da göstərilir. Sadə insanların özlərindən asılı olmadan, bu dəhşətli burulğanın içində layiq olduqları, haqq etdikləri həyatı deyil, məhrumiyyətlər, itgilər, ağrılar dolu həyatı yaşamağa, ölməyə necə məhrum edildiklərindən danışılır, və bəşərin bu ən dəhşətli kəşfinin iç üzü açılır. Bu dəhşətli kəşfin adı isə müharibədir. Romandakı hadisələrdə gənclik illəri Birinci Qarabağ Müharibəsi illərinə düşən gənclərin taleyindən bəhs edir. İnanırıq ki, “Sonuncu ay işığı” romanı geniş oxucu kütləsi üçün maraqlı olacaq.
Yazar:
Elçin Arifoğlu
Elçin Arifoğlu
Tahmini Okuma Süresi: 8 sa. 39 dk.Sayfa Sayısı: 305Basım Tarihi: 14 Kasım 2017
Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
305 syf.
·
Puan vermedi
Əslində oxuduğum hər kitab haqqında yazmaq istəyirəm, ancaq ilk öncə məhz bu kitabla başlamaq istədim, Sonuncu ay işığı. Kitabı oxuduqca sanki o ermənilərin əsl üzlərinə, Qarabağ müharibəsi zamanı əsirlərə etdikləri işgəncələrə bələd olursan, həmçinin sanki bu hadisələr gözünün qarşısında baş verir. Yaxşı olar ki, 18+ yaşında olan şəxslər mütləq bu kitabı oxusun.
Sonuncu Ay İşığı
Sonuncu Ay İşığıElçin Arifoğlu · 201732 okunma
Reklam
305 syf.
·
Puan vermedi
·
Beğendi
I Qarabağ müharibəsində itkin düşmüş soydaşlarımız.. Bəzən düşünəndə deyirəm ki, ölənlər daha xoşbəxt idi. Çünki əsir düşmək ölümdən də betər idi. Yaşanan əziyyətlər, edilən vəhşiliklər... İnsan nə qədər dözə bilərdi? İnsan zehni bunlara necə aydınlıq qazandıra bilərdi? Axı heyvanın etmədiyi vəhşiliyi görüb də ağlını itirməmək mümkündürmü? Əsərdə əsir düşən 3 dostun aqibətini görürük. Bu aqibət gerçəyə yaxın olaraq qələmə alınıb. Oxuyarkən təsirlənməmək, qanının donmaması mümkün deyil. Faşistlərdən daha betər işgəncələr edən ermənilər.. Ağıl bunu necə qavraya bilərdi? Bəli, bəlkə də elə ölüm idi bütün bu sualların cavabı.. Bu vəhşilik ancaq onların qanında idi. Normal insanın bu dərəcədə vəhşi olması mümkün deyil Əsəri oxuyarkən ermənilərə nifrətim daha da artdı. Bu əsəri oxumağı hər kəsə məsləhət görürəm. Düşməni tanımaq üçün çox yaxşı bir əsərdi. Amma ürəyi zəif olanlar və uşaqların oxumaması məsləhətdi
Sonuncu Ay İşığı
Sonuncu Ay İşığıElçin Arifoğlu · 201732 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.