Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sonuncu Mogikan

James Fenimore Cooper

Sonuncu Mogikan Sözleri ve Alıntıları

Sonuncu Mogikan sözleri ve alıntılarını, Sonuncu Mogikan kitap alıntılarını, Sonuncu Mogikan en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Müttəhimin üzü daim gah xəcalət çəkdiyini, gah da qorxu və vüqar hissini ifadə edirdi. O, çəkdiyi iztirabın təsirindən qıyılan gözlərini, onun müqəddəratını həll etməli olan vəhşilərin birinin üzündən çəkib o birinin üzünə zilləyirdi. Son dəqiqələrdə vüqar hissi üstün gəldi. O, ayağa qalxıb sinəsini açdı və aman verməyən hakimin sıyırıb onun üstünə çəkdiyi parıldayan iti xəncərə cürətlə baxdı.
Döyüş meydanından qaçan qurona cəza verilirKitabı okudu
Qanlı vuruşmadan sonra:
Yüzlərlə qarğanın çılpaq dağ zirvələrinə qalxması və ya qağıldaya-qağıldaya dəstə ilə meşənin üstündən ötüb keçməsi, dünənki döyüş meydanının harada olduğunu göstərirdi.
Reklam
Meşənin açıq yerlərindəki çəmənliklərdə və talalarda hərbi musiqi çalınırdı; gah yaralıların iniltisi, gah da fürsətdən istifadə edib dincəlməyə çalışan igid və qayğısız gənclərin şən səsləri dağlarda əks-səda qoparırdı.
Bu iki dövlət, onların heç birinə qismət olmayan bir ölkəyə ağalıq etmək uğrunda bir-birilə mübarizə aparırdı.
Amerikada müstəmləkə uğrunda mübarizə aparan İngiltərə və Fransa:Kitabı okudu
Sanki insan hərisliyindən doğan əməllərə illər boyu baxmaqdan yorulmuşdu.
Mogikan yenə də mətin dayanmışdı və özünü qürurla saxlayırdı; o, gözlərini havaya zilləmişdi, sanki onun gözləri bütün maneələri yarıb keçərək gələcəkdən xəbər verməli idi.
Amansız quronlara əsir düşən Unkas:Kitabı okudu
Reklam
- Heç olmasa tüfəng atmağı bilirsinizmi? - Allaha çox şükür olsun ki, ömrümdə hələ ölüm silahını əlimə almamışam.
Deməliyəm ki, o gəncə tüfəng atmağı öyrətmişəm, o da bunun min qat əvəzini çıxmışdır. Bir çox qanlı döyüşlərdə mən Unkasla yan-yana durub düşmənlə vuruşmuşam; bir tərəfimdən onun tüfənginin, o biri tərəfimdən isə saqamorun tüfənginin səsini eşidəndə arxayın olurdum ki, arxa tərəfimdə düşmən yoxdur. Qışda və yayda, gecə və gündüz birlikdə bu düzləri gəzmişik, bir qabdan yemək yemişik, birimiz keşik çəkəndə birimiz yatmışıq. Unkasın min bir əzabla öldürülməyə aparıldığını, mənim isə bu zaman yaxınlıqda olduğumu o vaxt deyə bilərlər ki... Bu gənc dostu olmaması üzündən yalnız o vaxt məhv ola bilər ki, yer üzündə vəfa və sədaqət yox olsun...
Sayfa 288 - ŞahingözKitabı okudu
Çinqaçkuk və vəfalı dostu Şahingöz
- Yox, saqamor, sən yalqız deyilsən. Biz dərimizin rənginə görə bir-birimizdən fərqlənsək də, hər ikimizin yolu əvvəldən bir olmuşdur.
Reklam
- Döyüşçülərin güllə qabağında durduqları dəqiqələrdə rütbəcə böyük olanların öz canının hayına qalması heç də yaxşı nümunə olmazdı.
Dunkan HeyvordKitabı okudu
- Qabaqda da, arxada da düşmənlər vardır, buna görə də səfərimiz yəqin ki, təhlükələrlə dolu olacaqdır!
Sayfa 218Kitabı okudu
Ağacların yarpaqlarını çəyirtkənin necə yediyini, lakin vaxt gəlib çatdıqda ağacların yenə çiçəkləyib yarpaqlandığını çox görmüşəm.
Sayfa 330 - TamenundKitabı okudu
- Məgər sən bu xalqın atası olan Tamenund deyilsən? - Mən yaşının çoxluğundan təngə gəlmiş Tamenundam.
Yağış damcıları kimi tökülən isti göz yaşları Unkasın qəbrini islatmağa başladı...
117 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.