Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sonuncu Mogikan

James Fenimore Cooper

En Beğenilen Sonuncu Mogikan Sözleri ve Alıntıları

En Beğenilen Sonuncu Mogikan sözleri ve alıntılarını, en beğenilen Sonuncu Mogikan kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Odur ki, gerçək fəlakətlərdən sonra, əsli olmayan və xəyaldan doğan çoxlu təhlükə əmələ gəlmişdi..
Fransızlar bir neçə ingilis dəstəsini məğlub etdikdən sonra məhz qorxudan yaranan çaxnaşmaKitabı okudu
Qorxduğunuzu əsla büruzə verməyin, yoxsa özünüzü məhz qorxduğunuz təhlükəyə düçar edərsiniz.
Dunkan HeyvordKitabı okudu
Reklam
Böyük Ruh ağ adama kifayət qədər pay vermişdir, lakin ağ adam hamının payına yiyələnmək istəyir...
Əsgərliyə birinci dəfə gələnlər bir yerdə qərar tapa bilmir, elə hey vurnuxurdular; onlar həddindən artıq səy göstərməklə səfər hazırlığını daha da yubandırırdılar. Bərkdən-boşdan çıxmış təcrübəli əsgərlər isə çox soyuqqanlılıqla tələsmədən silahlanırdılar, halbu ki, onların dalğın baxışları və ciddiləşmiş üzləri göstərirdi ki, meşələrdə gözlənilən dəhşətli mübarizə onların heç də ürəyindən deyil.
Bu iki dövlət, onların heç birinə qismət olmayan bir ölkəyə ağalıq etmək uğrunda bir-birilə mübarizə aparırdı.
Amerikada müstəmləkə uğrunda mübarizə aparan İngiltərə və Fransa:Kitabı okudu
Sanki insan hərisliyindən doğan əməllərə illər boyu baxmaqdan yorulmuşdu.
Reklam
Qorxunun təsirindən təhlükə haqqında təsəvvür ağlagəlməz dərəcədə böyüyürdü; sağlam düşüncə qorxudan doğan xəyalın öhdəsindən gələ bilmirdi.
- Heç olmasa tüfəng atmağı bilirsinizmi? - Allaha çox şükür olsun ki, ömrümdə hələ ölüm silahını əlimə almamışam.
Deyirlər ki, müsibət və bədbəxtlik adamları bir-birinə qəlbən daha möhkəm bağlayır.
Müttəhimin üzü daim gah xəcalət çəkdiyini, gah da qorxu və vüqar hissini ifadə edirdi. O, çəkdiyi iztirabın təsirindən qıyılan gözlərini, onun müqəddəratını həll etməli olan vəhşilərin birinin üzündən çəkib o birinin üzünə zilləyirdi. Son dəqiqələrdə vüqar hissi üstün gəldi. O, ayağa qalxıb sinəsini açdı və aman verməyən hakimin sıyırıb onun üstünə çəkdiyi parıldayan iti xəncərə cürətlə baxdı.
Döyüş meydanından qaçan qurona cəza verilirKitabı okudu
122 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.