Gönderi

Əsgərliyə birinci dəfə gələnlər bir yerdə qərar tapa bilmir, elə hey vurnuxurdular; onlar həddindən artıq səy göstərməklə səfər hazırlığını daha da yubandırırdılar. Bərkdən-boşdan çıxmış təcrübəli əsgərlər isə çox soyuqqanlılıqla tələsmədən silahlanırdılar, halbu ki, onların dalğın baxışları və ciddiləşmiş üzləri göstərirdi ki, meşələrdə gözlənilən dəhşətli mübarizə onların heç də ürəyindən deyil.
·
153 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.