Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Altı Cilddə

Əsərləri - II Cild

Fuzuli

Sayfa Sayısına Göre Əsərləri - II Cild Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Əsərləri - II Cild sözleri ve alıntılarını, sayfa sayısına göre Əsərləri - II Cild kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Leyli və Məcnun
Bir səf qız oturdu, bir səf oğlan, Cəm' oldu behiştə hurüqılman.
Təmkini cünuna qılma tədbil! Qızsan, ucuz olma, qədrini bil! Hər surətə əks kimi baxma. Hər gördügünə su kimi axma. Mey gərçi səfa verir dimağə, Axdığı üçün düşər ayağə.
Sayfa 55 - "Şərq - Qərb", Bakı 2005. ( Leyli və Məcnun poemasından)Kitabı okudu
Reklam
Leyli və Məcnun
Gər dersə Füzuli : "Gözəllərdə vəfa var", Aldanma ki, şair sözü, əlbəttə, yalandır.
Ey xakbüsati xarbəstər, Kami-dili-təngü dideyi-tər! Hər tə'nə ki, eyləsən rəvadır, Səndən xaciləm, üzüm qəradır. Bəsdir mənə çəkdiğim xəcalət, Şərməndəligimdəki məlamət. Çün mötərifəm ki, var günahım, Öz lütfünü eylə üzrxahım. Mən gövhərəm, özgələr xiridar, Məndə degil ixtiyari-bazar. Dövran ki, məni məzadə saldı, Bilməm kim idi satan, kim aldı? Olsaydı mənim bir ixtiyarım, Olmaz idi səndən özgə yarım!
Sayfa 150 - Şərq - Qərb, Bakı 2005. ( Leyli və Məcnun poeması, Leylinin Məcnuna cavab məktubundan)Kitabı okudu
Kimsə ki, özündən ola qafil, Bir özgəyi bilməyə nə qabil?
Sayfa 193 - Şərq - Qərb, Bakı 2005. ( Leyli və Məcnun poemasından)Kitabı okudu