İnsan irqinin gələcəkdə belə ayrı-seçkiliyi saxladığını, hətta bunun daha dərinləşdiyini göstərir. Bərabərsizlik o qədər dərinləşir ki, bu insanların fizologiyasına belə təsir edir. Hər kəs gördüyü işə və təbəqə uyğun xüsusiyyətlərə malik olur. Kitabda insanlığın həzin sonundan təsirlənməmək mümkün deyil. İnsan və toplumla bağlı düşüncələri olduqca düşündürücü və maraqlıdır.