Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Rəqəmsal Meşə

Üçüncü Addım

Qaraqan

En Yeni Üçüncü Addım Sözleri ve Alıntıları

En Yeni Üçüncü Addım sözleri ve alıntılarını, en yeni Üçüncü Addım kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
İnsanlar ideyaya deyil, öz eqolarına xidmət etmək istəyir, insanlar ideya ilə olmaq deyil ideyanı daşıyan şəxslə olmaq istəyir.
İnsanlar sadə deyil, mürəkkəb cavablar axtarırlar.Onlar o qədər öz qorxaq yalanlarında dolaşıblar ki, həqiqətin sadəliyini qəbul etməyə cəsarətləri çatmır.
Reklam
Əgər Tanrı yoxdursa demək bütün mənəvi dəyərlər divarları sökülmüş evin qapısında "Giriş qadağandır" yazısından artıq bir şey deyil.
Həqiqəti qəbul edin, bizlər ac küçə itlərini düşünməyən ev itləriyik.
Qanun NəşiriyatKitabı okudu
"Həqiqət hər yerdədir sadəcə onu görmürük çünki o bizim süni dəyərlərimizin kölgəsində qalır"
Sevgi və nifrət hissləri çox primitiv hisslərdir.1 yaşlı uşaq ya ağlayar ya sevinər.Və əgər böyüdükcə biz elə bu iki hiss arasında qalıb çağalıq dövrümüzü davam edəcəyiksə bu heç nəyi dəyişən deyil.Qəhrəman ağlayar da gülər də,sevər də nifrət edər də.Amma hər bir qəhrəmanın bir sehrli silahı,bir qeyri-adi qüvvəsi olur,bir ideyası olur,bir həqiqəti olur ki,onun köməyi ilə xeyir şərə qalib gəlir.Sadəcə nifrət,aqressiya və cəmiyyəti tənqid etmək dəyişmək üçün vasitə ola bilməz.Bundan artıq bir şey lazımdır.Ağıl lazımdır,ağıl.
Reklam
İnsanı tanımaq istəyirsinizsə,onun dedikləri və düşündüklərinə yox,əməllərinə baxın.
Demək mənim hisslərim məni aldadır.Ətraf səs küylə doludur.Amma mənim qulağım mənə səhv məlumat verir və deyir ki,ətrafda səssizlikdi.Ətraf tüstü duman və alovla doludur,mənim gözlərim isə məni aldadır ki,ətraf zülmətdi.Ətrafda soyuq şaxtadır,amma mənim hissiyyatım mənə deyir ki,hava nə istidir nə soyuq.
Biz qəribə bir dünyada doğuluruq.Uşaqlıqdan valideynlərin,daha sonra yaşadığımız cəmiyyətin şərti reflekslərini qəbul edir və lokal qanunlar və ənənələr ilə tərbiyə alırıq.Tərbiyə bizi cəmiyyətə uyğun,yararlı və heç bir qanunu pozmayan,sözə baxan fərdə çevirmək üçündür.Amma "sözə baxan" insanlar heç vaxt söz sahibi olmur və ömürlərinin sonuna kimi başqalarının dediyi sözlərə baxır və onlara görə hərəkət edir.Məktəb bizi daha da sistemə yararlı edir.Biz artıq nəinki müəllimi dinləyirik,hətta onu təkrarlamalı oluruq.O necə deyibsə elə də cavab verməli,o necə danışıbsa elə də biz mətni danışmalıyıq.Artıq biz sistemin idarə etdiyi və sistemə bizi idarə etməkdə yardımçı şəxslərə çevrilirik.İşə başlayanda isə biz sistemin çarxlarından biri oluruq.
Bütün həqiqətlərin nəhayət ki,susduğu bir yerdəyəm.Bir neçə mahnını eyni zamanda eşitmək kimidir axtarış.Heç nə anlamaz və qarışıq səslər içində batarsan.
490 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.