Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Rəqəmsal Meşə

Üçüncü Addım

Qaraqan

Üçüncü Addım Sözleri ve Alıntıları

Üçüncü Addım sözleri ve alıntılarını, Üçüncü Addım kitap alıntılarını, Üçüncü Addım en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Həqiqəti qəbul edin, bizlər ac küçə itlərini düşünməyən ev itləriyik.
- Deyəsən yavaş-yavaş anlamağa başlayırsan + Nəyi? - Dünyanı, cəmiyyəti yox özünü dəyişməli olduğunu. + Batan bir gəmidə özünü dəyişmiş insan da batır, cəmiyyət də batır. Deməli mübarizə aparmaq və hər kəsi dəyişməyə çalışmaq lazımdır. Bir insan özünü dəyişməklə batan gəmini xilas edə bilməz. - Amma insan özünü dəyişib batmayan gəmi icad edə bilər. Sənə sənin həqiqətlərin mane olur. Əsl həqiqət hər kəsin gözü önündədir amma gözlərinizi yalan sarğıları bağlayır.
Sayfa 78 - Qanun nəşriyyatıKitabı okudu
Reklam
Sual verməmək cahillikdir, suala cavab axtarmamaq isə axmaqlıq.
Sayfa 57 - Qanun nəşriyyatı
...insanın xoşbəxtliyi yalandan ibarət olacaqsa o heç vaxt xoşbəxt ola bilməyəcək.
Sayfa 169 - Qanun nəşriyyatıKitabı okudu
Tanrı insanlığa göydən kamança atır.Yalnız bir nəfər bu kamançanı götürüb ifa edir.Digərlərinə isə əl çalmaq qalır.İbadət də elə əl çalmaqdır.
İnanclar faktları üstələyəndə cahillik başlayır.
Sayfa 171Kitabı okudu
Reklam
İnsanlar sadə deyil, mürəkkəb cavab axtarırlar. Onlar o qədər öz qorxaq yalanlarında dolaşıblar ki, həqiqətin sadəliyini qəbul etməyə cəsarətləri çatmır.
Sayfa 19 - Qanun nəşriyyatı
Bəlkə də günah onda idi ki, daha çox kitablarla dostluq edirdim nəinki məhəllə uşaqları ilə. Təbii ki, dostları Kafka, Servantes, Hüqo, Dikkens, Platon, Kant olan insan öz cəmiyyətini də daha ideal hesab edəcəkdi.. (ama) Onlar məndə öz güzgülərini görmək istəyirdilər, mən onlar kimi şit zarafatcıl, zəif, xaraktersiz və sadə olmalı idim.. Mən isə sən demə onların güzgüsü deyilmişəm. İllər keçdikcə onlardan daha da fərqlənir, dərinləşir, mürəkkəbləşirdim. Onlar bunu özündən razılıq və soyuqqanlılıq kimi qəbul edirdilər.
Sayfa 23 - Qanun nəşriyyatı
Çəkiclər qılıncı döyməklə məhv etmir onu daha da möhkəm edir.Qoy sənə dəyən zərbələr də səni möhkəm etsin.
Qəribədi, bilmirəm :d
Uşaqlıqdan valideynlərin daha sonra yaşadığımız cəmiyyətin şərti reflekslərini qəbul edir və lokal qanunlar, ənənələr ilə tərbiyə alırıq. Tərbiyə bizi cəmiyyətə uyğun, yararlı, heç bir qanunu pozmayan sözə baxan fərdə çevirmək üçündür. Amma "sözə baxan" insanlar heç vaxt söz sahibi olmur..
Sayfa 16 - Qanun nəşriyyatı
Reklam
Kvantlar zaman və məkan anlayışlarından kənardadılar. Superpozisiyadadırlar. Superpozisiya- eyni anda hər yerdədilər və heç yanda deyillər. Ta biz onları müşahidə edənə kimi.
Sayfa 122 - Qanun nəşriyyatı
Elm kainatın ən başlıca sirrini anlaya bilmir. Buna səbəb odur ki, biz özümüz açmaq istədiyimiz tapmacanın bir hissəsiyik. Maks Plank (fizik)
Sayfa 94 - Qanun nəşriyyatı
“ "Sözə baxan" insanlar heç vaxt söz sahibi olmur və ömürlərinin sonuna kimi başqalarının dediyi sözlərə baxır və onlara görə hərəkət edirlər.”
Atomun 99.999999999%-i boşluqdan ibarətdir.. Yaxşı əgər biz insanlarda atomlardan ibarətiksə demək biz də 99.999999999% boşluqdan ibarətik. Və bizim varlığımız yalnız bu 0.00000000001% -dir.
Sayfa 48 - Qanun nəşriyyatı
Yaxşı və pis haqda təsəvvürlərdən kənarda bir məkan var. Orada görüşərik.
Sayfa 186Kitabı okudu
480 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.