Zəfər Tağı

Erich Maria Remarque

Zəfər Tağı Gönderileri

Zəfər Tağı kitaplarını, Zəfər Tağı sözleri ve alıntılarını, Zəfər Tağı yazarlarını, Zəfər Tağı yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Erix Maria Remark "Zəfər tağı"
-Adam indi unutdugu şeyi sonralar ömür boyu axtarmalı olur... -Elədir, ancaq unudulmayan şeylər də adamın ömrünü cəhənnəm əzabına döndərir... Erix Maria Remark-Zəfər tağı
Qanun nəşriyyatıKitabı okudu
Taleyin ona bağışladığı bu bir neçə mərhəmət saatı ağ göyərçin kimi qanad çala-çala gəlib onu həyatın dəhşətli girdabından qopardı.Elə bunun özü də bir yalan idi,tale adama heç nə bağışlamazdı.Sadəcə olaraq,müvəqqəti möhlət idi.Əslində,hər şey möhlət deyildimi?
Sayfa 117Kitabı okudu
Reklam
‘Heç kəs sənə bir vaxtlar sevdiyin adam kimi yadlaşa bilməz’
Sayfa 468Kitabı okudu
Günlərlə kəlmə kəsməyə adam olmayanda,gecələr tək-tənha küçələri dolaşanda...Hər yerdə harasa tələsən,öz ev-eşiyi olan adamlar...Bircə mənim heç nəyim yox idi.Sonra hər şey yavaş-yavaş dumanlanmağa başladı,elə bil,boğulmuşdum,suyun altında,qəribə bir şəhərdə dolaşırdım.
Dözüm heç vaxt olmur.Təkcə hər şeyə öyrəşmək mümkündür...
Dinməz-söyləməz onun ardınca gedən qadın da başını sinəsinə əymiş,əllərini plaşının cibində gizlətmişdi və birdən Ravik bu meydanın tənhalığında hiss etdi ki,tanımadığı,bilmədiyi bu qadın,qəribə də olsa,bircə anlığa ona lap doğmalaşdı.Bəlkə də,bunun səbəbi elə tənhalığın özü,qadının da onun kimi qərib olması idi.Halbuki qadın onun üçün yad bir adamdır,görünür,illərin tənhalığı,qəribliyi onları yaxınlaşdırmışdı.
Reklam
1.000 öğeden 971 ile 980 arasındakiler gösteriliyor.