Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Zəmanəmizin Qəhrəmanı

Mihail Yuryeviç Lermontov

Zəmanəmizin Qəhrəmanı Sözleri ve Alıntıları

Zəmanəmizin Qəhrəmanı sözleri ve alıntılarını, Zəmanəmizin Qəhrəmanı kitap alıntılarını, Zəmanəmizin Qəhrəmanı en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Mən iki adamdan ibarətəm:biri yaşayır,digəri isə düşünür və onu mühakimə edir.Birincisi ola bilər ki,bir saat sonra bu dünya ilə əbədi olaraq vidalaşacaqdır.İkincisi,ikincisi isə...
Sayfa 107Kitabı okudu
Qorxma!Dünyada hər şey mənasızdır!İnsan-axmaq,tale-hind toyuğu,həyat isə bir qəpiklikdir!
Sayfa 114Kitabı okudu
Reklam
Nə eybi,ölmək ölməkdir,xırıldamaq nə deməkdir?
Sayfa 105Kitabı okudu
"Hamı üzümdə pis xasiyyətlərin əlamətlərini görürdü, halbuki məndə belə şeylər yox idi, onların məndə olduğunu zənn edirdilər – onlar da məndə əmələ gəldi. Mən təvazökar idim, məni hiyləgər hesab edirdilər – mən də qapalı birinə çevrildim. Yaxşıyla pisi ayırd edə bilirdim, heç kəs isə anlamırdı, təhqir edirdi – mən də kinli, qaşqabaqlı uşaq oldum. Digərləri kimi şən, danışqan deyildim, özümü onlardan üstün tuturdum, hamı isə məni aşağı görürdü – mən də paxıl olmağa başladım. Bütün dünyanı sevməyə hazır idim, məni anlamadılar – nifrət etməyi öyrəndim. Rəngsiz gəncliyim özümə və dünyaya qarşı girişdiyim savaşda keçdi, istehzadan qorxduğum üçün ən gözəl duyğularımı ürəyimin dərinliklərinə basdırdım – bu hisslər elə ordaca öldü. Həmişə düzünü deyirdim, inanmırdılar – aldatmağa başladım. Yuxarı təbəqəni tanıdıqdan və sirrlərini öyrəndikdən sonra həyat elmində təcrübə qazandım; durmadan əldə etməyə çalışdığım öncəliklərin başqalarının necə heç yorulmadan qazandığını gördüm. Mənəvi şikəst olmuşdum, ruhumun yarısı yox idi, ölmüşdü. Halbuki digər yarısı tərpənir və hər kəsə xidmət etmək üçün yaşayırdı. Bunu isə heç kəs sezməzdi, çünki məhv olmuş yarısından heç kəsin xəbəri yox idi."
O, haqlı idi biz mənzilə, doğrudan da, salamat gəlib çıxdıq. Əgər insanlar bir az dərindən düşünsəydilər, anlayardılar ki, həyat üçün bu qədər narahat olmağa dəyməz.
Sayfa 29 - Altun kitab nəşriyyatıKitabı okudu
Peçorinin etinasızlığı qocanı kədərləndirmişdi. Onunla dost olduğunu demişdi. Əmin idi ki, Peçorin onun adını eşidən kimi qaça-qaça gələcək.
Sayfa 48 - Altun kitabKitabı okudu
Reklam
 ilk qədəmlərini atarkən qəlbin titrəsə, geri qayıtsan – fəlakətə uğrayacaqsan!   
-Mənə əzab vermək sənə çoxmu xoş gəlir? Mən sənə nifrət etməli idim.Biz bir-birimizi tanıdığımız gündən bəri sən mənə əzabdan başqa bir şey verməmisən. Mən xəyalımda öz-özümə dedim " Bəlkə də sən məni bunun üçün sevirdin, sevinc unudulur, kədər isə heç vaxt unudulmur..."
Boynuma alıram ki, bu, bir uşaq duyğusuydu, lakin cəmiyyətdən uzaqlaşıb təbiətə yaxınlaşdıqca qeyri-ixtiyari hamımız uşaq oluruq. Öyrəndiyimiz, bildiyimiz hər şey beynimizdən silinir, qəlbimiz saflaşır.
Sağlığında qiymət verin insanlara...
Onlarla tanış olmaq istədiyimi etiraf etməliyəm. Amma məğrur əsilzadələr bizə, orduda xidmət elənlərə vəhşilərə baxantək baxırlar.
Sayfa 73 - Altun kitab nəşriyyatıKitabı okudu
Reklam
....ümidsizlik,bütün dəblər kimi,cəmiyyətin yuxarı təbəqəsindən başlayıb aşağı təbəqələrə qədər sirayət edir.Aşağı təbəqələr bu dəbi sonadək daşıyırlar.Bu gün hamıdan çox və həqiqətən kədərlənən adamlar bu bəxdbəxtliyi bir ayıb hesab etdiklərindən onu gizlətməyə çalışırlar...
ŞÜBHƏ
Mən hər şeydən şübhələnməyi sevirəm, başıma nə gələcəyini bilmədiyim zaman daha cəsarətlə irəliləyirəm.
Sayfa 128 - Altun kitab nəşriyyatıKitabı okudu
Əgər bütün insanlar daha artıq düşünsəydilər əmin olardılar ki, həyat üçün bu qədər narahat olmağa dəyməz.
Uşaqlıqdan hamı məndə pis bir xüsusiyyət ax- tarırdı. Halbuki, mən elə deyildim. Məni lovğa sayırdılar, əslində, olduqca təvazökar idim. Yaxşı ilə yamanı bir-birindən seçirdim. Heç kəs məni oxşamırdı, yalnız tanqid olunurdum. Mən bütün aləmi sevməyə hazır idim, ancaq kimsə məni anlamırdı. Get-gedə qapalı adam oldum. Könlümün bir parası daşa döndü. Sol- ğun gəncliyim özümlə, yüksək cəmiyyətlə mübarizədə keçdi. Bunlar sizə hələ də gülünc görünə bilər, odur ki, gülün.
Sayfa 91 - Altun kitab nəşriyyatıKitabı okudu
1.500 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.