Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Zəmanəmizin Qəhrəmanı

Mihail Yuryeviç Lermontov

Zəmanəmizin Qəhrəmanı Sözleri ve Alıntıları

Zəmanəmizin Qəhrəmanı sözleri ve alıntılarını, Zəmanəmizin Qəhrəmanı kitap alıntılarını, Zəmanəmizin Qəhrəmanı en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bu gün hamıdan çox və həqiqətən kədərlənən adamlar bu bədbəxtliyi ayıb hesab edərək, onu gizlətməyə çalışırlar.
Bəlkə,sabah mən öləcəyəm!..və yer üzündə məni tam anlaya bilən bir məxluq belə olmayacaq.Bəzi adamlar məni olduğumdan daha yaxşı,bəziləri isə bundan da pis hesab edəcəklər...Ancaq deyilənlərin hər ikisi yalan olacaq. Bundan sonra zəhmət çəkib yaşamağa dəyərmi?Lakin maraq üzündən yaşayırsan:yeni bir şey gözləyirsən...Nə qədər gülünc və acınacaqlı bir iş!
Sayfa 105Kitabı okudu
Reklam
''Sənə bu məktubu yazarkən əminəm ki,biz bir daha görüşməyəcəyik.Sən mənimlə həmişə öz xüsusi malın kimi davranmısan.Bu sənin təqsirin deyil.Səndən ayrılarkən də belə düşünürdüm''.
Sayfa 119Kitabı okudu
Bizim kişilərimiz ümumiyyətlə o qədər nəzakətsizdirlər ki, onlara şivə satmaq, ağıllı bir qadın üçün dözülməz bir işdir.
Mən iki adamdan ibarətəm:biri yaşayır,digəri isə düşünür və onu mühakimə edir.Birincisi ola bilər ki,bir saat sonra bu dünya ilə əbədi olaraq vidalaşacaqdır.İkincisi,ikincisi isə...
Sayfa 107Kitabı okudu
Qorxma!Dünyada hər şey mənasızdır!İnsan-axmaq,tale-hind toyuğu,həyat isə bir qəpiklikdir!
Sayfa 114Kitabı okudu
Reklam
Əgər insanlar bir az dərindən düşünsəydilər,anlayardılar ki,həyat üçün bu qədər narahat olmağa dəyməz....
-Çünki qayda belədir: qeyri-adi bir şəkildə başlanan iş eləcə də bitməlidir.
Sayfa 32 - Altun kitab nəşriyyatıKitabı okudu
İnsan ayağı dəyməyən dağları mənim kimi gəzmiş, uzun müddət onların gözəl mənzərələrinə tamaşa etmiş, bu saf havanı acgözlüklə udmuş hər adam mənim bu gözəllikləri başqalarına nağıl etmək, çatdırmaq, təsvir etmək istəyimi, əlbəttə ki, anlayacaqdır.
Reklam
 ilk qədəmlərini atarkən qəlbin titrəsə, geri qayıtsan – fəlakətə uğrayacaqsan!   
-Mənə əzab vermək sənə çoxmu xoş gəlir? Mən sənə nifrət etməli idim.Biz bir-birimizi tanıdığımız gündən bəri sən mənə əzabdan başqa bir şey verməmisən. Mən xəyalımda öz-özümə dedim " Bəlkə də sən məni bunun üçün sevirdin, sevinc unudulur, kədər isə heç vaxt unudulmur..."
Mənim qəlbimi kübar cəmiyyət xarab edib. İçimdə hər zaman narahatlıq duyğusu var. Yaxşı həyata asanlıqla alışa bildiyim kimi, kədərə də tezliklə alışıram. Həyatımdakı boşluq gündən-günə artır.
Sayfa 36 - Altun kitab nəşriyyatıKitabı okudu
Sağlığında qiymət verin insanlara...
Onlarla tanış olmaq istədiyimi etiraf etməliyəm. Amma məğrur əsilzadələr bizə, orduda xidmət elənlərə vəhşilərə baxantək baxırlar.
Sayfa 73 - Altun kitab nəşriyyatıKitabı okudu
Bir gəncin ümid və arzularını itirdiyini görəndə adam kədərlənir. O ki qaldı Maksim Maksimiç yaşında bir adam ola. Adamın qəlbi istər-istəməz daşa dönür, könül qapıları bağlanır.
Sayfa 56 - Altun kitabKitabı okudu
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.