Sevinc

Sevinc
@kitap_sevdam0
Ən azından cəhd etməkdən başqa çarə yoxdur.
1 Avqust Azərbaycan Dili və Azərbaycan Əlifbası Günüdür.
Ana dilim, səndədir xalqın əqli, hikməti, Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış. Ürəklərə yol açan Füzulinin sənəti, Ey dilim, qüdrətinlə dünyalara yol açmış. Səndə mənim xalqımın qəhrəmanlıqla dolu tarixi varaqlanır, Səndə neçə min illik mənim mədəniyyətim, Şan-şöhrətim saxlanır. Mənim adım-sanımsan, Namusum, vicdanımsan! Bu dil tanıtmış bizə bu dünyada hər şeyi, Bu dil əcdadımızın bizə qoyub getdiyi Ən qiymətli mirasdır, onu gözlərimiztək Qoruyub, nəsillərə biz də hədiyyə verək! Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar, Qəlbinizi oxşamır qoşmalar, telli sazlar. Bunlar qoy mənim olsun, Ancaq Vətən çörəyi, Sizlərə qənim olsun!
Reklam
Fəriba Vəfi: Zirzəmi quşu
İlkin əlamətlərini öncədən görmək istəməyən adam sonradan baş verənlərin hamısını qəfildən, özü də bir yerdə həzm etmək məcburiyyətindədir.
Peşəkarların qaydası (Çingiz Abdullayev)
Dronqo Lev Tolstoyun bir ifadəsini xatırladı: mütləq yaramazlar yoxdur və heç kəs ürəyində özünü əclaf və alçaq saymır.
Peşəkarların qaydası. (Çingiz Abdullayev)
Hər oyunun öz qatilləri və qurbanlıqları vardı, öz agentləri və müşahidəçiləri vardı, öz qalibləri və məğlubları vardı. Bu uydurulmuş dünyalarda, bu oyunlarda adamlar onun fəaliyyət dairəsində olduğundan daha tez-tez ölürdülər. İnfarkt və intiharlar, ürək tutmaları və əsəb sarsıntıları artıq çoxdan qeyri-adi şeylər sayılmırdı. Adamlar qətlin bu növünə, sadəcə, vərdiş etmişdilər və onları insan emosiyalarının normal təzahürləri hesab edirdilər. Hələ başqa dünyalarda nə qədər gizli zəhərləmələr, qəzalar, qabaqcadan düşünülüb hazırlanmış fəlakətlər olurdu! Heç yerdə təkmillik, kamillik yox idi və peşəkar aşpazların, yaxud peşəkar klerklərin dünyası nə dərəcədə normal idisə, peşəkar qatillərin dünyası da o cür normal idi.