Sevinc

Sevinc
@kitap_sevdam0
Ən azından cəhd etməkdən başqa çarə yoxdur.
Müəllim
Universitet
Saray
Sumqayıt
150 okur puanı
Eylül 2021 tarihinde katıldı
Nəhayət ki...
Dünən "Cəhənnəmin Xəritəsi" kitabını bitirib "Libraf" kitab müsabiqəsinə yolladım. İçindəki hekayələrin bir çoxunu teatrda işlədiyim vaxtlar rejissor müəllimimə göstərmiş olsam da, bəyənməyib hərəsinə bir mız qoyurdu. Bu vaxta qədər davam etmişdi ki, "Allahsızlar Şəhəri" kitabını müəllimim qarşısına qoymuşdum. Bax onda o, təslim olmuşdu. Lakin onun bəyənmədiyi hekayələri atmadım, doğmadı, saxladım. Saxladım ki, oxucuların qarşısına çıxaracağım günü gözləyim və deyim ki: "əziz oxucular, müəllimim bəyənmədi, bir də sizlər baxın görün necədir?" Neçə illərdir üzərində işlədiyim kitabı nəhayət ki, whatsappdakı "Aktiv oxucular" qrupu sayəsində bitirə bildim. Çətin, amma maraqlı bir səyahət oldu mənim üçün. Bu müddət ərzində əməyi keçən hər kəsə, başda Redaktorum Xan Abdullaya, Korrektorum Sitarə Abbasovaya, eləcə də kitabı oxuyub gözdən yayınan səhvləri bildirən bütün oxucularıma öz təşəkkürlərimi bildirirəm. Kitabın zövqünüzcə olacağından əmin ola bilərsiniz. 300 səhifədən çox olsa da, kitaba nə zaman başladığınızı və nə zaman bitirdiyinizi hiss etməyəcəksiniz. Bircə kitabın sonlarına çatanda beyinlərinizi bir qədər əziyyətə salmış olacağam. Kitabda şeytanın da dediyi kimi, "siz insanoğlu beləsiniz, çətinlik görən kimi qaçmağa meyillisiniz. Amma Quran kitabında da deyildiyi kimi "şübhəsiz hər çətinlikdə bir mükafat vardır. Siz bilmirsiniz." Sözsüz ki, bu kitabdan seçmiş olduğum cümlələri hissə-hissə sizlər üçün paylaşacağam. Bu kitabda öz səhvlərimlə sizi baş-başa qoymuşam. Kənardan baxılarkən mələk kimi görünən yazıçıların da çox böyük səhvləri ola bilir. Bu səhvləri etiraf edə biləcək cəsarəti neçə nəfər özündə tapa bilər ki, onu ədəbiyyata çevirə bilsin? - Bəli, bu mənəm... Uraqan Abdullayev . 👌
Duygu ve Düşünce
Sevinc
Uğurlar