Sevinc

Sevinc
@kitap_sevdam0
Ən azından cəhd etməkdən başqa çarə yoxdur.
Müəllim
Universitet
Saray
Sumqayıt
150 okur puanı
Eylül 2021 tarihinde katıldı
Puan vermedi·440 syf.··
2026 2. kitabı
·
1 saatte okudu
·
Okunma: 08 Şubat 2026 01:28
Çox yavaş oxudum, çünki bitməsini heç istəməzdim. Amma təbii ki, bu kitabla da vidalaşmalı olacam. Kaş ki, unutsam və yenidən oxuyam. Çox səmimi və axıcı bir dillə yazılan bu İngiltərə ədəbiyyatı klassikində təsvir edilən ailə münasibətləri, 2 bacının sevgisi, insanı sevginin tərbiyə etməsi və pul və sərvət qarşısında insanın iradəsini idarə etməsi kimi məsələləri aydın görmək olur. Ceyn, Elizabet, mister Binqli və mister Darsi inanılmaz dərəcədə canlı obrazlardır. Elizabetin mister Darsini tərbiyə edərək ona ləyaqətli qadının sevgisini qazanmağın asan olmadığını başa salması və mister Darsinin öz səhvini anlaması Darsi və Elizabet sevgisini daha da möhkəmləndirdi. Və Darsi onu da sübut etdi ki, kişi öz sevdiyi xanımı xoşbəxt etmək üçün onun ailəsini də öz ailəsi kimi qəbul etməlidir. Sevdiyim kitablar və sevdiyim obrazlar siyahısına girdi həm bu əsər, həm də bu əsərdəki obrazlar.
Qürur və QərəzJane Austen · Parlaq İmzalar · 097,8bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·380 syf.··
2025 14. kitabı
·
12 günde okudu
·
Okunma: 20 Aralık 2025 11:02
Rüfət adlı emofiliyalı narsist bir evli şirkət sahibinin əxlaq pozuntusu və qadın düşkünlüyü səbəbilə parlaq bir gələcəyin məhvi və həyatına bais olduğu Duyğu adlı 17 yaşlı tələbə qızın bacısının qan donduran intiqamı. Nuray haqqında şübhələrim özünü tam doğrultdu. Kitab məni təəccübləndirmədi. Amma sual yaranır: Rüfət daha acımasız qatildir, yoxsa Nuray?
Psixiatr XanımElhan Elatlı · Teas Press · 2025110 okunma
10/10
·159 syf.··
2025 11. kitabı
·
1 saatte okudu
·
Okunma: 21 Ağustos 2025 14:55
Nə qədər mətin olmağa çalışsam da, son sətirlər göz yaşlarımın axmasına səbəb oldu. Bu, necə bir həyat hekayəsidir, aman Allahım. Reşat Nuri Güntekin qələmini sevirdim, indi isə heyran oldum. Anadaludakı kənd məktəblərinin birində müəllim işləyən Zəhra bir gün nifrət etdiyi atasının ölüm xəbərini alır. Elə böyük nifrət ki, özünü hər kəsə yetim kimi təqdim edən Zəhra atasının adını deməyi daha üstün tutur, nəinki "ata" sözünü deməyi. Atasını anasının və bacısının qatili, ailəsinin məhvinə səbəb olan əyyaş, oğru və daha çox-çox pis sifətlərə layiq bir insan kimi tanıyan Zəhra əsl həqiqətləri atası öləndən sonra elə məhz atasının illərlə yazdığı xatirə dəftərindən öyrənir. Amma atasına "Baba, benim zavallı babam, beni affet" demək üçün çox gecikmiş olur. Bəzən müsibət də xeyrə səbəb olur deyilər: illərlə ürəyi qatı şəkildə yaşayan Zəhra müəllimdə artıq "Acımak" duyğusu yaranır və onun artıq heç bir əskiyi qalmır.
AcımakReşat Nuri Güntekin · İnkılâp Kitabevi · 202151,5bin okunma
Puan vermedi·336 syf.··
2024 42. kitabı
·
8 günde okudu
·
Okunma: 23 Kasım 2024 23:34
Əliyar Əliyev, Xudayar Yusifzadə, Abdulla Əhmədov, Abdullah Abdullayev, Yusif Əliyev, Sərdar Səfərov, Mikayıl Cəbrayılov, Allahverdi Bağırov, Məhərrəm Seyidov və Polad Həşimov kimi igid qəhrəman şəhidlərimizin proobrazının yaradıldığı bu kitabı hər kəs maraqla oxuyar. Həm birinci, həm də ikinci Qarabağ müharibəsi fonunda tarixi gerçəklərin açıldığı, ermənilərin hər zamankı kimi ağılasığmaz vəhşilikləri, xəyanət, vətənpərvərlik, dostluq, qardaş-bacı sevgisi, mübarizlik, iradə, ümid və s. çox duyğunun birləşdiyi üçün çox böyük zövqlə oxudum. Heç vaxt unutmayacağam. Mütləq alın və oxuyun
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0203 okunma
Puan vermedi·400 syf.··
2024 39. kitabı
·
4 günde okudu
·
Okunma: 03 Eylül 2024 00:30
4 insanın qətli və bütün qətllərin səbəbkarı kişi olduğu halda qatil 2 xanımdır: biri bu qətllərə səbəb olan kişinin sevdiyi hamilə bir xanım və digəri o kişinin bacısı. Son 150 səhifədə insan ciddən ki şok üstünə şok yaşayır.Bu kitabda hər şey var: təhsil, iş həyatı, ailə münasibətləri, insan taleləri, qadına cəmiyyətin baxışı, şantaj, hiylə, yalan, xəyanət, işinə sevgi, həqiqi sevginin ülviliyi, ağrı, yaralar və s. və s. Mürşüd Mehdinin ilk qələm təcrübəsidir. Amma oxuyanda illərin təcrübəli yazıçısı kimi bir təəssürat yaranır insanda. Film dadında, unutmaq istəmədiyiniz və unuda bilməyəcəyiniz bir kitab istəyirsinizsə, MÜTLƏQ oxuyun. MÜKƏMMƏL süjet və ssenari ilə beyninizdən silinməyəcəkdir. P.S.məktəblinin, tələbənin, müəllimin, bir sözlə, cəmiyyətdə hər kəsin rahatlıqla oxuyacağı və sevəcəyi kitabdır.
Məktubdakı QadınMürşüd Mehdi · Qanun Nəşriyyatı · 2024265 okunma