" — Sonya, — dedi, — sən Allaha çox dua eləyirsən?
Sonya susurdu. Raskolnikov onun yanında durub cavab gözləyirdi. Birdən Sonyanın gözləri parıldadı; Raskolnikova ötəri bir nəzər salıb, onun əlini bərk-bərk sıxdı, cəld və odlu-odlu pıçıldadı:
— Allahsız mən necə olardım?!"