Axı əgər bir şeyi bu cür anlayırsa, niyə digərini heç cür dərk etmir? Və həqiqətənmi bu barədə heç baş sındırmayıb və ya anlamağa qabil deyil ki, mənə onun zadəganlığı lazım deyil, ki mənim ona bağışlaya bilmədiyim heç də mənşəyimin qeyri-qanuniliyi deyil, ki mənə bütün həyatım boyu sadəcə onun özü lazım idi, bütöv insan, ata, ki bu fikir artıq mənim qanıma işləyib.