d

Dan ulduzum

1 üye
Takip
Dan ulduzum.
Bu qaranlıq gecə nə qədər sürdü, Yetiş imdadıma, ey dan ulduzu! Barı sən gəl, mənə yuxu gəlmədi, Yetiş fəryadıma, ey dan ulduzu! Qudurğan qasırğa, çarpaşıq yollar, Yolumda zülmət var, uçurumlar var, Yetiş ki, ömrümün karvanı ağlar, Aman, gəl dadıma, ey dan ulduzu! Bu sönük ulduzlar məni aldadır, Süzgün gözlərinlə gəl onu andır, Gözlərim yolunda, üzüm haqdadır Aman, sən yox demə, ey dan ulduzu!
Əhməd Cavad
Əhməd Cavad
Dan ulduzum
Dan ulduzu istər çıxa göz yalvarı çıxma O çıxmasa da ulduzumun yoxdu çıxarı. Eşqin ki qərarında vəfa olmayacaqmış Bilməm ki təbiət niyə qoymuş bu qərarı...
Məhəmməd Hüseyn Şəhriyar
Məhəmməd Hüseyn Şəhriyar
Dan ulduzum
Uzaqda dan ulduzu kimi parlayan sevdiyin qadın var, amma elə o ulduz qədər də uzaqdır sənə.
Sayfa 42·Kitabı okudu
Dan ulduzum
Ey Dan Ulduzum!
Qaranlıq gecədə səni gözləyib Durmaqdan yoruldum, ey dan ulduzu! Uzaq üfüqlərə göz gəzdirməkdən Az qala kor oldum, ey dan ulduzu! Öksüz taleyimtək gecikdin nədən? Karvanqıran doğdu, görünmədin sən. Oxşatdım, yanıldım, könül verdim mən, Bilmədən vuruldum, ey dan ulduzu... Arxasınca qoşdum sonsuz bir yola, Hər addımda tuş gəlincə bir kola, Qaranlıqda çox baxındım sağ-sola, Hər yana buruldum, ey dan ulduzu! Büsbütün yorulub gücdən düşərkən Bir ulduz parladı uzaq üfüqdən. O görünən səndin, artıq gəldin sən, Axır səni buldum, ey dan ulduzu!🌟
Cafer Cabbarlı
Cafer Cabbarlı
Dan ulduzum
Sevdiyin gül milyonlarla ulduzdan yalnız birində olsa belə xoşbəxt olmaq üçün ulduzlara baxmağın kifayətdir...✨
Balaca Şahzadə
Balaca Şahzadə
Dan ulduzum
“Vəfaya məktublar”
Ey qubarlı ilk eşqimin təranəsi, dinlə məni! Gəncliyimin neçə çayın o tayında, Neçə dağın o üzündə mürgüləyən xatirəsi, dinlə məni! Ürəyimin bu dünyaya ilk sualı, ilk nidası, ilk xitabı, dinlə məni! Gecələrin yuxusuzu, Gündüzlərin narahatı, dinlə məni! Taleyimin dan ulduzu, dinlə məni! Ey dəlisov illərimin susmaz səsi, Dodaqlarda dolaşan bir nəğməm varsa - Onun ruhu, onun canı, nəşidəsi dinlə məni!
Hidayət
Hidayət
Dan ulduzum