d

Düçüncə-şeir

0 üye
Takip
Masivaya meyl edan așiq Xudadan dur olar, Dəftəri-üşșaqda onun namı naməlum olar. Mənası: Allahdan başqasına meyil edən Ondan uzaq olar. Aşiqlər dəftərində də adı naməlum olar. Məhəmməd Füzuli
Düçüncə-şeir
Yazılır dəftəri-eşqə ürəyim qanı ilə Ömrümün sənsiz ötən hər dəmi misra-misra
Düçüncə-şeir
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Yanıq Kərəmi şeiri
Başınıza dönüm, toya gələnlər, Ay gözəl xanımlar, qızlar, gəlinlər. Ay igid oğullar, ərlər, ərənlər, Dinləyin dərdimi siz yavaş-yavaş, “Yanıq Kərəmi”yə oynama qardaş!.. Zalım fələk yaman qəsdə durubdu, Sevgi yolu çox yolçular yorubdu, Qara keşiş elə qurğu qurubdu, Bu boyda məmləkət qalıbdı çaş-baş, “Yanıq Kərəmi”yə oynama qardaş!.. Neçə əsrdir ki, bir bədbəxt yanır, İlahi bir sevgi, məhəbbət yanır. Kərəm libasında Ədalət yanır, Soyuq könülləri soyudaydı kaş, “Yanıq Kərəmi”yə oynama qardaş!.. Sinələri çarpaz dağlamaq gərək, Başımıza qara bağlamaq gərək, “Yanıq Kərəmi”yə ağlamaq gərək, Saz da haray salıb, tökür qanlı yaş, “Yanıq Kərəmi”yə oynama qardaş!.. Təkcə Kərəm deyil, xalqdı bu yanan,
Düçüncə-şeir