Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Profil
sitem
Şiirlerim var yarım Çimlerde kuş ararım Sen gelmezsen uzaktan Ben kime ne sorarım Öykülerim değil tam Kuşları çime katam Sen gelmezsen uzaktan Ben niye kalem tutam
Gülüm
Gül ki, ey qönçə dodaqlım, ki baxıb mən də gülüm, Tanrı bir başqa gözəllik yaradıb səndə, gülüm. Oyanıb naz ilə hər sübh dararsan zülfün, Tellərin ətrini yellər səpələr kəndə, gülüm. Seyri-gülşəndə çıxıb seyr eləsən naz ilə, Baş əyər fəxr ilə güllər sənə gülşəndə, gülüm. Mürği-dil boylanar hərdən qara xalın tərəfə, Ac quşun bir gözü adətdi qalar dəndə, gülüm. Öz əliylə bəzəyib həzrəti-memar səni, Sonra göydən yerə göndərdi nümayəndə, gülüm. Elədim zülfü-pərişanına bir dəfə nəzər, Fikrim ondan sora ta oldu pərakəndə, gülüm. Mərhəmət eylə, Vüqar, bəxtiqarənin gününə, Bəlkə, biz də çıxarıq bir yana sayəndə, gülüm.
Sayfa 95 - Parlaq imzalarKitabı okudu
Reklam
Vətən insanlığın ilk taleyidir Asiman altında, torpaq üstündə.
Sayfa 28 - LiderKitabı okudu
Qışqıran sevgilər məyər sevgimi? Səssiz baxışlardır əsil məhəbbət.
Sayfa 32 - LiderKitabı okudu
Zaman qəlbə kəmənd atır, Yara sızlar kürəyimdə. Sənin gücün ağlındadır, Mənim gücüm ürəyimdə.
Sayfa 36 - LiderKitabı okudu
Gəl, - demək istəyir, gəl, - deyə bilmir, Əllər dediyini dil deyə bilmir.
Sayfa 42 - LiderKitabı okudu
Reklam
Danışan Əllər
O, sirli sözlər ki, gəlməyir dilə Elə bil söyləyir bu axşam əllər. Öz doğma istisi, hərarətilə Dillənən barmaqlar, Danışan əllər. Gözlərdən süzülür Bir elə nur ki, Dinir od ürəkdən alışan əllər. Bəzən elə susur, Elə susur ki, Kobud bir ovuca sıxışan əllər. Titrəyir şam kimi İşıq saçdıqca, Gözəlin özünə yaraşan əllər, Pərişan telləri sığalladıqca Özü də kədərli, Pərişan əllər. Qu tək yumşaqmıdır, Süd tək ağmıdır? Küsüşən barmaqlar, barışan əllər. Mənə öz sirrini açacaqmıdır Danışan barmaqlar, Danışan əllər?
Sayfa 42 - LiderKitabı okudu
Bulanıq axdıqca gur seller, sular, Uçar o kimsəsiz ev ki, yetimdir. Yetimdir bəlalı hisslər, duyğular, Qədri bilinmyən sevgi yetimdir. Yerdə əl çatmayan, haray yetməyən, Gülünü qış vurmuş bahar yetimdir. Kimsə hüzuruna gəlib getməyən, Dövrəsi ot basmış məzar yetimdir.
Sayfa 48 - LiderKitabı okudu
Dəniz, göy, məhəbbət
Mən bir dənizəm ki, eşqim səhərdir, Səni düşünürəm, əzizim, yenə. Mənim dalğalarım xatirələrdir, Qoy çatsın qəlbinin sahillərinə. Əsl məhəbbət ki, böyük hünərdir, Coşar ümman kimi təzə arzular. Mənim dalğalarım xatirələrdir, Orda tufan da var, burulğan da var. Dənizəm, eşqimdən qaçmaq hədərdir, Mən ki, adlayıram çölü, çəməni. Mənim dalğalarım, xatirələrdir, Gecə də, gündüz də tapacaq səni.
Sayfa 50 - LiderKitabı okudu
251 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.