Müharibə deyəndə daha çox ölüm-itim yada düşür, əsirlik yox. Çünki əsirlik tanımadığın adamlarla yan-yana ölümü gözləməkdir. Əsirlik ölümü gözləyə-gözləyə ona dözməkdir. Ölümdən də betərdir bu!.. Ölüm bir dəfə ölüb qurtulmaqdır. Hər gün onu gözləmək isə... Demək, müharibənin ən dəhşətli faciəsidir əsirlik.