Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Profil
174 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 saatte okudu
İndi də könlümə təsəlli sənsən, Ölüncə dilimin əzbəri sənsən...
.Müşfiqi azdan çoxdan tanıyan, tanımaq istəsən hər kəsə oxumağı tövsiyə edirəm. Müşfiqin incə ruhuna bir daha heyran oldum, kaş onu bircə dəfə görmək şansım olaydı. Dilbər xanım bu kitabda ancaq xoş xatirələrini yazıb. Onlar çox əziyyətlər çəkib, bu haqda bir şey yazmayıb. Hər halda belə yazmağının bir çox səbəbi vardır ... .Müşfiqə onsuz da heyran idim. İndi əbədi olaraq heyran qalacam. .Kitabın içində Dilbər xanıma ithaf olunmuş şeirlər var. Müşfiqin bir çox tanınmış şeiri elə Dilbər xanım Axundzadəyə ithaf olunub. Hamıya oxumağı tövsiyə edirəm!
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019284 okunma
800 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Sevdiyim şair Mikayıl Müşfiq
Bu kitabı hər əlimə alıb, səhifələri vərəqlərkən o gözəl, mənalı şeirlər yadıma düşür. Bu kitab mənə baharda açmış bir çiçəyi— Mikayılın özünü xatırladır. Lakin sonra onun repressiyaya qurban getdiyi yadıma düşür, heyflənirəm. O ki, hələ ömrünün baharında bir gənc idi. Yaşasaydı kim bilər bəlkə bu gün Azərbaycan poeziyası harda olardı ... Əzizim, çox sevdiyim, belə vurulduğum, mənim sevimli, birbəcik şairim Mikayıl Müşfiqin qələmindən çıxan hər şey bu kitabda toplanıb. Almağınızı və oxumağınızı şiddətlə tövsiyə edirəm. Xoş mütaliələr!
Bütün Əsərləri
Bütün Əsərləri
Bütün Əsərləri
Bütün ƏsərləriMikayıl Müşfiq · Qanun Nəşriyyatı · 201939 okunma
Reklam
174 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 saatte okudu
Bu dünyada Müşfiq vardı, bu dünyada yenə vardır! (Ə.Kərim)
Nə yazım, kitabı oxuyarkən hiss etdiklərimi necə ifadə edim bilmirəm ki... Belə ki, nə isə yazmağa da ehtiyac varmı?! O, Müşfiqdir. Belə bir şəxsiyyəti kiçik kəlmələrə necə sığdıra bilərəm ki... Lakin kitabın məndə yaratdığı təəssüratların bir qismini yazmaq istəyimə də mane ola bilmirəm. Məni tanıyanlar Mikayıl Müşfiqi necə sevdiyimi bilir
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019284 okunma