m

Mikayıl Müşfiq

Yenə o bağ olaydı
Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi? Yenə o bağ olaydı, yenə sizə
Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür, Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.
Reklam
Beni güzel hatırla! bunlar son satırlar... farzet ki, bir rüzgârdım, esip geçtim hayatından ya da bir yağmur sel oldum sokağında sonra toprak çekti suyu... kaybolup gittim, belki de bir rüya idim senin için. uyandın ve ben bittim... Beni güzel hatırla! çünkü; sevdim seni ben, herşeyini... sana sırdaş oldum, dost oldum, koynumda ağladın. yüzüne vurmadım hiçbir eksikliğini, beni üzdün, kınamadım. alışıktım vefasızlığa, el oldun aldırmadım...
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
Küsmərəm...
Mən şirin ləhcəli bir bülbüləm ki, Güllərdən küsərəm, səndən küsmərəm. Məni öz canından artıq istəyən Ellərdən küsərəm, səndən küsmərəm. Gözlərin misaldır axan çaylardan, Kipriyin oxlardan, qaşın yaylardan. Qarşımıza gələn uzun aylarından, İllərdən küsərəm, səndən küsmərəm. El içində bizə derlər, Sayadlı! Tərlan ovçusuyam, ruhum qanadlı. İlham pərisinin açdığı dadlı Dillərdən küsərəm, səndən küsmərəm.
Bu gün onun həyatında bir bahardır... Bu dünyada Müşfiq vardı, Bu dünyada yenə vardır.✨
Əli Kərim
Əli Kərim
Müşfiq özü şeirlə nəfəs alırdı, onun bütün varlığı başdan-başa şeir idi. Mən də şeirlə yuxudan oyanır, şeirlə söhbət edir, şeir dinləyə-dinləyə də yuxuya gedirdim. Tale bunu da çox gördü mənə. Müşfiqi məndən, məni Müşfiqdən ayırdılar... Alışıb yanıram, Müşfiqim, sənsiz, Qalmışam dünyada yalqız, kimsəsiz. Günəşli gündüzlər boran görünür, Dünya başdan-başa duman görünür. Sən vətən eşqini müqəddəs tutdun, Unudarmı səni bu ana yurdun?! Mən bir parça işıq, sən bir pərvanə, İndi də qalmışam mən yana-yana.
Reklam
Kaş yenə Müşfiqli yazım olaydı, O şirin nəğməli sazım olaydı. Sənin istədiyin "o bağ olaydı", Günorta alışan torpaq olaydı. Bir də nəsim yayan o mavi Xəzər, O dilsiz axşamlar, ulduzlu göylər. "Arzuya bax, Müşfiqim" Sənin şair qəlbin tək Özün söylə, inciməm, Söylə, ürəyincəmi?
Müşfiq alovlu şair olmaqla bərabər bir insan kimi də çox sadə, alicənab adam idi. O, hamının ürəyinə yol tapmağı bacarırdı. Onun ürəyində olan məhəbbət günəşinin şüaları insanın üzərinə nur salır, işıqlandırır, sevindirirdi. O məni həmişə "ruhum" deyə çağırırdı.
"Dilbər, sənsiz mən cənnətdə olsam da, darıxacağam. Səninlə zindanda olsam, oranı cənnət bilərəm."
O ülvi bir xəyal, afaqi bir əl, Yaranmış hər ləziz nemətdən əzəl. Öylə bir gözəl ki, var ətri, qanı, O göylər mələyi, yerlər sultanı...
Mikayıl MüşfiqKitabı okudu
95 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.