Bəzi qadınların rəftar və davranışları naməhrəmləri sanki dəvət edir ki, "gəl, dost olaq". Bəziləri isə davranış və hərəkətləri ilə ətrafına: "Mənə baxma, utan kişi ol, Allahdan qorx!" - deyir
Bir qadın sev...💙
Makiyajla bəzənməyi deyil, kitab rəfini kitablarıyla bəzəməyi sevən, qızıl qiymətinə olan ətirlərlə deyil, qızıldan da dəyərli Cavid, Müşfiq, Dilbazi şeirləri qoxan.Ən şirin halları küsəndə dodaq büzmək, kitab oxuyarkən qaşlarını çatmaq olan.
Səni dinləyəndə təbəssüm edərək dodaq qaçırdan, anlamayanda isə anlamsızca məsum-məsum üzünə baxan.
Bir qadın sev...💙
Gözləri Şövkət Ələkbərova mahnıları kimi hüzur verən, çobanyastığı çələngləri belə saçlarının üstündə solğun görünən, dodaqları yanaqlarına toxunanda bütün dərd-sərini söküb aparan, əlləri yarana dəysə məlhəm olan.Gülüşünə dünyanın bütün xoşbəxtliklərini sığdıran
Bir qadın sev...💙
Qızın yorğunluğunu açıqca gözlərində hiss etdiyindən çantasını alaraq özü daşıdı. Amma bunlar heç sevmədiyi hərəkətlər idi, çünki o heç bir qızın və ya qadının, sevdiyi belə olsa, kiməsə möhtac olmasına qəti qarşıydı. Çünki qadınların əksər oğlanlardan daha əzmkar, iradəli olduğunun fərqində idi.
Qasımlının qadın barəsində belə bir sözü vardı: "Bir qadın pis münasibət gördüyü ərinə üsyan edərək dava-dalaş salırsa, burada qorxulu nəsə yoxdur. Deməli, o qadın münasibətlərin düzələcəyinə hələ ümid edir. Yox, əgər ərindən mənəvi və ya fiziki əzab gördüyü halda susursa, deməli, vəziyyət təhlükəli hal alıb, qadın hər şeydən ümidini üzüb və intiqam planı düşünür.