Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Vətən Müharibəsi

Profil
408 syf.
8/10 puan verdi
·
Beğendi
·
9 saatte okudu
Elxan Elatlı və yenə mən. Ötən illərə nisbətən Elxan Elatlının qələmini daha az bəyənirəm ki, bunun da əsas səbəbi dünya ədəbiyyatına daha çox açılmağımdır. Yenə də bir günə bitirdiyim kitab oldu Mövzuya gəldikdə Əsərin baş qəhramanı Elturan olsa da psixoloji roman olan "Qazinin Ölümü" özündə cəmiyyətin çirkabını, saxta mənəviyyatı ifşa
Qazinin Ölümü
Qazinin ÖlümüElxan Elatlı · Xan Nəşriyyatı · 202261 okunma
Müharibə dəhşətdir, bunu hamı bilir. Amma başqa yolumuz yox idi, neyləyə bilərdik? Keçmişimizə, kökümüzə necə sahib çıxa bilərdik? Həm də biz yalnız torpaq üçün savaşmırıq. Biz dədə-babalarımızın mirası, öz evindən didərgin düşmüş millətimizin qisası üçün savaşırıq. Biz itirilmiş torpaq yox, itirilmiş qürur üçün savaşırıq.
Sayfa 66 - Qanun nəşriyyatıKitabı okudu
Reklam
44 syf.
10/10 puan verdi
·
Beğendi
·
21 saatte okudu
Hər anınız xeyirli olsun, kitabsevərlər! Yazıçıdan oxuduğum ilk kitabdır. Axıcı və sadə qələmi var. Mənə kitabı tanıtdığı və kitabdaş olduğu üçün
Ays
Ays
a təşəkkür edirəm. Yaxşı ki, varsan, əzizim. Mənim üçün "44 gün" sözündə dərin mənalar var. Qürur hissi, zəfər sevinci, həsrətin sonu, bir də bunlarla yanaşı, şəhidlərimizin
44 Gün
44 GünAmid Səlimoğlu · Kişisel Yayın · 202119 okunma
Heç bir ağır artilleriya, havadan hücum olmayıb Şuşada. Ancaq açıq döyüş. Vallah hər adamın işi deyil o qayalıqları qalxmaq. Şuşanın hər tərəfi sıldırım qayalıqlardır.
Sayfa 44 - PdfKitabı okudu
Şuşa işğaldan xilas olmuşdur. Şuşa azaddır!
Sayfa 44 - PdfKitabı okudu
Görəsən, hələ nə qədər şəhid verəcəyik? Bunun bir sonu olacaqmı? Çingizlər, Mübarizlər, Poladlar itirdik. – Qəribov, elə onlar bizi buralara gəlməyə vadar etmədimi? Onlar olmasaydı, biz indi burada olmazdıq. Hər şeyi onlara borcluyuq. – Hüseynov, mən demək istəyirəm ki, nə vaxta kimi? – Bilmirəm, Qəribov. Nə vaxt ki, düşmən düşmənliyindən əl çəkəcək, o vaxta kimi.
Sayfa 41 - PdfKitabı okudu
Reklam
Çətindir. Torpaqları geri alırıq, ancaq bir yandan da şəhid veririk qara torpağa. Bir yanımız gülür, bir yanımız da ağlamaqdan betər olub. Halımız yamandır. Balaşova baxın, – deyə Quliyev əli ilə ağacın altını göstərdi. – Qubadlıya girdiyimizdə necə sevinirdi. Ancaq indi sakitcə bir küncdə oturub. Səhərdən bir adamla da bir kəlmə kəsməyib. Bilirsiz niyə? Çünki evlərini yerində tapa bilmədi. Dağıtmışdılar. Elə bilirdi şəkillərdə gördüyü evlərini mütləq tapacaq, içinə girəcək. Ancaq nə ev vardı, nə həyət. Bu zülmə necə ürək dözsün axı?!
Sayfa 41 - PdfKitabı okudu
Anasının qucağında doğma evini tərk edənlər, əldə silah qayıtmışdı evlərinə. Bunları izah edə biləcək cümlələr isə yox idi.
Sayfa 40 - PdfKitabı okudu
Çünki həsrət sona yetirdi...
Səhər hamı gözlərini günəşə sevinclə açmışdı. Dünən Zəngilanın alınması xəbəri gəlmişdi. Kəndi sevinc qışqırıqları bürümüşdü. Hər kəs sevinirdi. Kimisi yoldaşlarını qucaqlayaraq sevincini bölüşürdü, kimisi telefonu almış evdəkilərə zəng edirdi, kimisi də ata-baba torpaqlarının geri alınmasını sevinc göz yaşları ilə qarşılayırdı. Bir sözlə, hamının kefi yerində idi.
Sayfa 34 - PdfKitabı okudu
El bir olsa basılmaz Vətən!
Hə... bəlkə siz də yazasınız? – Hüseynov əlindəki fırçanı bizə uzatdı. – Bütün talışlara salamlar. – Belə yazım bəlkə? – Kərimzadə divarı göstərib dedi. – Onda mən də ləzgilərə salamlar yazacam. – Quliyev divarın sağ tərəfinə gedərək dedi. – Avarları da yaddan çıxarmayın. – Otağa girən Dadaşov gülərək bizə baxdı. – Mən də onda tatlara salam yazım. – Fırçanı Hüseynovun əlindən aldım. – Ya da gəl hamısının adını yazım alt-alta, sonra da “Bütöv Azərbaycana salamlar” yazım. Necə fikirdir? – Əntiqə. Yaz onda, Şəhriyar. – Hüseynov əl çalmağa başladı. – Türkü, talışı, avarı, tatı, ləzgisi, müsəlmanı, xristianı, yəhudisi, hamısı bizimkidir. Təki birlik olsun.
Sayfa 33 - PdfKitabı okudu
Reklam
Danışmağı hər kəs bacarır, əsas hərəkətə keçməkdir!
Dostuma zəng eləmişəm, deyir nə gec aldınız torpaqları. Elə bil meyvə alırıq burda.
Sayfa 32 - PdfKitabı okudu
Dörd saatdır burdayıq. – Quliyev əsnəyərək dedi. – Adamda səbr qalmır. – Hərb işi səbr işidir. Bu işdə səbrli olmayan heç bir nəticə əldə edə bilməz. – Kapitan Quliyevə baxdı.
Sayfa 28 - PdfKitabı okudu
Artıq müharibə daha da qızışır, ordumuz düşmənə layiqli cavabı verirdi. Ard-arda əldə edilən qələbələr bütün dünyaya bizim hansı gücdə olduğumuzu göstərirdi. Bizsə kənddə bir neçə gün idi ki, səbrlə gözləyir, yeni gələcək tapşırıq üçün həyəcanlanırdıq.
Sayfa 27 - PdfKitabı okudu
17 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.