Puan vermedi·128 syf.··
2026 6. kitabı
Bir səhər oyanırsan və anlayırsan ki, sənə qurulan planın içindəsən. Gənc bir oğlan. Vərəsəlik, xəyanət və qaçırılma. Dənizdə başlayan yolçuluq onu təhlükəli torpaqlara aparır. Hər kəsə inanmaq olmur. Amma xəyanətin içində bir dostluq da doğulur. Sərt görünən, qaçaq damğası vurulan bir adam onun yol yoldaşına çevrilir. Bəzən ən güclü bağlar ən təhlükəli yollarda qurulur. Bu, sadəcə macəra deyil. Bu, böyümək və doğru insanı seçmək hekayəsidir.
QaçırılanRobert Louis Stevenson · Libra · 0863 okunma
7/10
·408 syf.··
Beğendi
·
2026 21. kitabı
·
13 günde okudu
·
Okunma: 25 Haziran 2026 20:36
"Qazinin ölümü" mənə son zamanlarda ən çox təsir edən kitablardan biri oldu. Əsər İkinci Qarabağ müharibəsinə, şəhidlərimizin və qazilərimizin fədakarlığına həsr olunub. Mən bu kitabı müharibənin başa çatmasından illər sonra oxusam da, yaratdığ təsir olduqca güclü idi. Müəllif müharibənin yalnız cəbhədə yaşanan tərəflərini deyil, eyni zamanda onun görünməyən üzünü də böyük həssaslıqla qələmə alıb. Evdə övlad yolu gözləyən ailələrin ağrıları, itkilərin yaratdığı boşluq, qazilərin yaşadığı fiziki və psixoloji sınaqlar, insanların kədəri əsərdə çox təsirli şəkildə əks olunub. Xüsusilə kitabın son hissələri məndə dərin təəssürat yaratdı. Mən ümumilikdə müəllifin yaradıcılığını bəyənirəm və bu əsəri də onun ən təsirli kitablarından biri hesab edirəm həmçinin düşünürəm ki, yazıçı digər kitabları kimi bu kitabda da hadisələrin görünməyən tərəflərini, bəzi insanların anlamadan qınaq obyektinə çevirdiyi hissələri o qədər incəliklə izah edib ki, heyran olmamaq əldə deyil.
Qazinin ÖlümüElhan Elatlı · Xan Nəşriyyatı · 2022127 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
10/10
·672 syf.··
Beğendi
·
2024 6. kitabı
·
6 günde okudu
·
Okunma: 02 Mart 2024 00:00
Və gəldik mənim üçün Elatlı yaradıcılığının zirvəsi hesab etdiyim "Qan ləkəsi" romanına. Bu əsər mənim oxuduğum ən dəyərli kitablardan biridir. Qalın həcmli olmasına baxmayaraq, oxuduğum ən sürətli kitablardan biri oldu. Romanı cəmi dörd gün ərzində bitirmişdim və yaratdığı təsir bu gün də mənimlədir. Maraqlıdır ki, müəlliflə ilk görüşüm zamanı ona hansı kitabından başlamağın daha doğru olacağını soruşmuşdum və o, mənə məhz "Qan ləkəsi"ni tövsiyə etmişdi. Hərçənd mən əvvəlcə digər əsərlərini oxumağı seçdim, sonradan bu kitabın niyə tövsiyə edildiyini çox yaxşı anladım. Əsərin ən güclü tərəflərindən biri obrazların yadda qalmasıdır. Xüsusilə Ələmdar obrazı, onun vətənə bağlılığı, düşüncələri və mübarizəsi məndə böyük təəssürat yaratdı. Kitabın bəzi hissələri məndəki vətənpərvərlik hisslərini daha da gücləndirdi və hadisələri sadəcə izləməyə deyil, onları hiss etməyə sövq etdi. Roman boyunca gərginlik və maraq bir an belə azalmır. Hadisələr axıcı şəkildə inkişaf edir və oxucunu daim özündə saxlayır. Hətta düşünürəm ki, bu əsər əsasında uğurlu bir film və ya serial çəkmək mümkün olardı. Düzdür, kitabın həcmi hər oxucu üçün uyğun olmaya bilər. Buna görə onu hər kəsə tövsiyə etməsəm də, uzun romanlardan çəkinməyən və səbirli oxucuların mütləq tanış olmalı olduğu əsərlərdən biri hesab edirəm. Mənim üçün isə "Qan ləkəsi" sadəcə sevdiyim bir kitab deyil, illər keçsə də təsirini itirməyəcək nadir əsərlərdən biridir.
Qan LəkəsiElhan Elatlı · Qanun Nəşriyyatı · 2015890 okunma
10/10
·332 syf.··
Beğendi
·
2024 22. kitabı
·
16 günde okudu
·
Okunma: 24 Ağustos 2024 00:00
Elxan Elatlının "14-cü adam" əsəri mənim üçün ən təsirli kitablardan biri oldu. Xüsusilə sonluğu uzun müddət yadda qalan və insanı düşünməyə vadar edən bir təsir yaradır. Məhz buna görə əsər məndə ağır və dərin təəssürat buraxdı. Bu kitab mənim Elxan Elatlıdan ən çox sevdiyim üç əsərdən biridir. Əsərdə cəmiyyətə və insan həyatına dair bir çox reallıqlar əks olunub. Firdovsinin həyatı insanı çox təsirləndirir. Müəllif hadisələri maraqlı və axıcı şəkildə təqdim etdiyi üçün kitab rahat oxunur və diqqəti sonadək saxlaya bilir. Düşünürəm ki, həm Elxan Elatlının yaradıcılığını sevən oxucular, həm də onun əsərləri ilə ilk dəfə tanış olacaq şəxslər üçün bu kitab yaxşı seçimdir. Mənim üçün həm mövzusu, həm də yaratdığı emosional təsir baxımından yaddaqalan kitablardan biridir.
On Dördüncü AdamElhan Elatlı · Teas Press Yayınları · 20241,202 okunma
10/10
·144 syf.··
Beğendi
·
2026 18. kitabı
·
33 günde okudu
·
Okunma: 02 Haziran 2026 12:18
Normalda klassik ədəbiyyat üstünlük verdiyim janr deyil. Bəzən bəzi klassik əsərlərin həddindən artıq şişirdildiyini, lazımsız dərəcədə uzun olduğunu düşünürəm. Lakin "Səfillər" romanı bu fikrimin ən böyük istisnalarından biridir. Bu əsər məndə dərin iz buraxan kitablardan oldu və gələcəkdə yenidən oxumaq istədiyim əsərlər sırasındadır. Roman təkcə fərdi taleləri deyil, həm də dövrün sosial ədalətsizliyini, yoxsulluğu, insanların yaşam mübarizəsini və cəmiyyətin müxtəlif təbəqələrini təsirli şəkildə əks etdirir. Oxuyarkən bəzi hadisələr insanı kədərləndirir və narahat edir, lakin məhz bu güclü emosional təsir əsərin ən böyük üstünlüklərindən biridir. Müəllifin bütün əsərlərini eyni dərəcədə sevməsəm də, "Səfillər" mənim üçün əsl şah əsərdir. Şəxsi kitab siyahımda ilk onluqda yer alan bu romanı klassik ədəbiyyata marağı olan hər kəsə tövsiyə edərdim.
SəfillərVictor Hugo · Bakı, Altun Kitab Nəşriyyatı · 2024105,5bin okunma
Puan vermedi·173 syf.··
2026 17. kitabı
Bəhram Əhməd - “Paramneziya” Bu gün sizə Bəhram Əhmədin "Paramneziya" kitabı barədə danışacam. Bu, yazıçıdan oxuduğum ikinci kitabdır. İlk oxuduğum "Vorkuta əkizləri" pis deyildi, bəyənmişdim. Amma mənə görə, yazıçının bu kitabı birincidən qat-qat yüksək səviyyədədir. Sözsüz ki, zövqlər müxtəlifdir, amma mənim fikrim budur. Bu kitabı mənə hədiyyə edən dostuma təşəkkür edirəm bir daha. Bildiyim qədərilə hal-hazırda satışda yoxdur və tapılması bir az çətindir. Amma təhlilə başlamazdan öncə dərhal bir məqamı vurğulamaq istəyirəm: bu kitabı harda görsəniz, mütləq şəkildə alın və oxuyun. Bu il oxuduğum və sonunda rəsmən "vau" dediyim, heyran qaldığım ən yaxşı kitablardan biridir. Bunu öncədən deyim, biləsiniz. Kitabın mövzusuna gəlincə, qarşımızda kiçik həcmli, bir oturuşa, bir nəfəsə oxuyub bitirə biləcəyiniz hekaye var. Elə buna görə də mövzu haqqında çox ətraflı danışıb, spoiler vermək istəmirəm. Hadisələrin mərkəzində Nərmin adlı bir psixoloq, həyat yoldaşı və övladı dayanır. Kənardan hər şey olduqca normal görünür və standart, sakit bir ailə həyatı sürürlər. Lakin günlərin bir günü onun qəbuluna Sevda adında bir qadın gəlir. Məhz bu görüşdən sonra Nərminin bütün dünyası alt-üst olur. O, öz keçmişinin və yaşadıqlarının görünməyən tərəflərini, gizli qalan əsl həqiqətlərini öyrənməyə başlayır. Sevda xanımın nə danışdığını və bu görüşün Nərminin həyatını necə dəyişdiyini bilmək üçün isə bu kitabı mütləq oxumaq lazımdır. Ümumiyyətlə, mən bu tərz psixoloji triller kitablarını çox sevirəm. Müəllifin məni ustalıqla aldatmasına, kitab boyu ilk səhifədən son səhifəyə qədər böyük bir yalana inandırmasına heyranam. Çünki kitabin sonunda o yalanın əsl üzünü, gizlənən həqiqəti sənə elə çarpıcı ve heyratamiz şəkildə göstərir ki, donub qalırsan. Bir sözlə kitab "tərs köşə" - mən
ParamneziyaBəhram Əhməd · 048 okunma