Marslı əcdadları kimi kişilər, xüsusilə mexaniki alətləri düzəldərkən, bir yerə gedərkən və ya problemləri həll edərkən mütəxəssis olmaqları ilə fəxr edirlər. Bu onların məsləhət və tənqid deyil, sevgiyə, məhəbbətə ehtiyac duyduğu vaxtlardır.
Başqa marslıya hörmət etməyin yollarından biri də, o, yardım üçün xahiş etməyənə qədər həmişə problemlərini həll etməyə gücünün çatacağına güvənməkdir.
Məqsədinə nail olmaq bir marslı üçün çox vacibdir, çünki, bu ona öz istedad və qabiliyyətini sübut etmək üçün bir yol və özünü daha yaxşı hiss etmək üçün bir vasitədir.