bookismylife

Bir övladı nə vaxt itirdiyini valideyn necə anlaya bilər? Bunun üçün konkret bir an yoxdur. Parça-parça itirirsən - qeyri-müəyyən, yavaş-yavaş yaranan, çətin sezilən dəyişikliklərlə. Amma mütləq bir başlanğıc nöqtəsi olur. Arada yaranan o məsafə… uşaqla valideyn arasında açılan o kiçik qat. Bir dəfə açıldımı, xırda-xırda böyüyür. Axı əvvəl yox idi… bəlkə, var idi?
Sayfa 81·Kitabı okudu
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Təsadüf nə qədər məntiqsiz görünsə də, bəzən böyük dəyişikliklərə səbəb ola bilir.
Sayfa 79·Kitabı okudu
O özündən əvvəlkilərin verdiyi qərarların əsiri idi , həm də gələcək nəsillərə ötürülən zəhərin daşıyıcısı…
Sayfa 53·Kitabı okudu
- İnsan həyatda yalnız bir dəfə özünü görür,- qaranlıq gecənin içindən keçərkən dedi,- Həmin an həyatının ən xoşbəxt, ya da ən bədbəxt anıdır.
Sayfa 30·Kitabı okudu
2/10
·322 syf.··
2026 8. kitabı
·
7 günde okudu
·
Okunma: 18 Ocak 2026 03:18
İlk dəfə idi ki, Bukowski qələmini oxuyurdum. Düşünürəm ki, elə son olacaq. Bu kitabda Bukowski elə bil eyni həyatı dönə-dönə yaşayır və oxucunu da buna məcbur edir. İçki, qadın, yataq, dava… hamısı bir-birinin kopyasıdır. Əvvəlcə “həqiqətdir” deyirsən, amma sonra anlayırsan ki, bu həqiqət yox, bezdirici vərdişdir. Əsərin əsas obrazı olan Chinaski qadınları sevmir, sadəcə onlardan istifadə edir. Qadınlar da kitabda insan kimi yox, bir gecəlik təsəlli kimi verilir. Onların fikri, ağrısı, həyatı maraqlı deyil. Bukowski bunu səmimilik adı ilə satır, amma əslində bu, məsuliyyətsiz bir baxışdır.Dilin kobudluğu bəzən real təsir bağışlayır, amma çox vaxt boş yerə söyüş kimidir. Hər şeyi açıq demək dərinlik demək deyil. Bir yerdən sonra adam soruşur: “Bəs sonra nə?” Cavab yoxdur. Eyni içki masası, eyni yataq,eyni boşluq.Kitabda həyat dərsi yoxdur, sadəcə yorğun bir adamın özünü haqlı çıxarma cəhdi var. Qadınlar günahkar kimi göstərilir, amma əsas problem Chinaskinin özüdür. O dəyişmək istəmir, düşünmək istəmir, sadəcə yaşlanır. Qadınlar real ola bilər, amma bu reallıq tərbiyəsiz romantikadan başqa bir şey deyil. Kitab o qədər mənasız idi ki, alıntı belə tapmamışam.
QadınlarCharles Bukowski · Qanun Nəşriyyatı · 20204,252 okunma