İnsan yaşa dolduqca ölmüş uşaqlığını, ölmüş gəncliyini xatırlayır, için-için ağlayır... Amma ölmüş yaxınının xatirəsi qədər ürəyi dağlayan heç nə ola bilməzmiş, sən demə...
Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
Mikayıl Müşfiq